İngiltərə MASH xəstəliyinin müalicəsi üçün ilk dərmanı təsdiqlədi
09.07.2026 10:32

Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) qaraciyərin piylənməsi fonunda inkişaf edən və ciddi zədələnmələrə səbəb ola bilən MASH (metabolik disfunksiya ilə əlaqəli steatohepatit) xəstəliyinin müalicəsi üçün Rezdiffra (resmetirom) preparatını rəsmi olaraq təsdiqləyib.

Aztibb.az "Everydayhealth" nəşrinə istinadən yazır ki, alkoqolla əlaqəli olmayan yağlı qaraciyər xəstəliyinin irəliləməsi nəticəsində yaranan MASH üçün hazırlanmış bu preparat xəstələr üçün mühüm müalicə alternativi hesab olunur.

Yeni qərara əsasən, Rezdiffra MASH və orta-ağır dərəcəli qaraciyər fibrozu (çapıqlaşma) diaqnozu qoyulmuş yetkin xəstələrin müalicəsi üçün Böyük Britaniyada təsdiqlənən ilk dərmandır.

Preparatın təsir mexanizmi qaraciyərdə fəaliyyət səviyyəsi azalmış THR-β reseptorunu aktivləşdirməyə əsaslanır. Bunun nəticəsində yağların parçalanması sürətlənir, qaraciyərdə yağ toplanması azalır, iltihab zəifləyir və hüceyrə zədələnməsinin bərpası dəstəklənir.

917 yetkin xəstənin iştirakı ilə 12 ay davam edən klinik tədqiqatların nəticələrinə görə, preparat qəbul edən xəstələrin təxminən 30 faizində qaraciyər fibrozunun irəliləməsi müşahidə olunmadan vəziyyətin yaxşılaşdığı müəyyən edilib.

Dərman 60 mq, 80 mq və 100 mq tablet şəklində ağızdan qəbul edilir. Klinik araşdırmalara əsasən, ən çox rast gəlinən yan təsirlər yüngül ishal və ürəkbulanma olub.

MHRA rəsmiləri bildiriblər ki, bu innovativ preparatın təsdiqlənməsi MASH xəstələrinin müalicəsində mühüm mərhələdir və onların daha effektiv terapiyaya çıxış imkanlarını genişləndirəcək.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev