Eksperimental virus terapiyası ilə xərçəngə qalib gəldi - Alimin öz üzərində sınağı 
09.07.2026 09:45

Elm dünyası iki il öncə baş vermiş, etik müzakirələrə səbəb olan cəsarətli və qeyri-adi "özünü müalicə" hadisəsini yenidən gündəmə gətirib. Xorvatiyalı virusoloq Beata Halassy üçüncü dəfə təkrarlanan döş xərçəngi ilə mübarizədə standart müalicə üsullarının nəticə vermədiyini gördükdən sonra laboratoriyasında hazırladığı virus terapiyasını öz üzərində sınaqdan keçirmək qərarına gəlib. Onun öz bədəni üzərində apardığı bu eksperimental müalicə tibb tarixində nadir uğurlardan biri kimi qiymətləndirilir və xərçəng müalicəsində yeni perspektivlər yaradır.

 

Aztibb.az "Vaccines"jurnalının məluymatına istinadən yazır ki, Dr. Halassy müalicə zamanı xərçəng hüceyrələrini hədəf alan və immun sistemini aktivləşdirən onkolitik viroterapiya (OVT) metodundan istifadə edib. O, laboratoriyada hazırladığı qızılca və vezikulyar stomatit viruslarından ibarət xüsusi qarışığı birbaşa şiş nahiyəsinə yeridib. İki ay davam edən müalicə müddətində virusların stimullaşdırdığı immun cavab nəticəsində şişin nəzərəçarpacaq dərəcədə kiçildiyi, yumşaldığı və sağlam toxumadan ayrılaraq cərrahi əməliyyat üçün daha uyğun vəziyyətə gəldiyi müşahidə olunub.

Sonradan uğurlu cərrahi əməliyyat keçirən alim dörd illik müşahidə dövrünün sonunda xərçəngdən tamamilə azad olub. Bu hadisə xüsusilə müalicə imkanları məhdud olan bəzi xərçəng növlərində fərdiləşdirilmiş viroterapiyanın böyük potensiala malik olduğunu göstərir. Bununla yanaşı, bu tədqiqat yalnız tibbi nəticələri ilə deyil, elmi nəşr mərhələsində üzləşdiyi çətinliklərlə də diqqət çəkib. Belə ki, Halassynin məqaləsi "təhlükəli özünümüalicə üsullarını təşviq edə biləcəyi" narahatlığı səbəbindən bir sıra elmi jurnallar tərəfindən qəbul edilməyib.

Nəhayət, tədqiqat elmi ictimaiyyətdə etik sərhədlərlə bağlı geniş müzakirələrə səbəb olub. Mütəxəssislər əldə olunan nəticəni ümidverici hesab etsələr də, klinik nəzarət olmadan belə fərdi müdaxilələrin ciddi həyati risklər daşıdığını və heç bir halda şəxsi təşəbbüslə təkrarlanmamalı olduğunu vurğulayırlar. Dr. Halassy isə öz təcrübəsinin gələcəkdə onkolitik viroterapiya sahəsində daha geniş elmi araşdırmaların aparılmasına stimul verəcəyinə ümid etdiyini bildirib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır