13 yaşlı pasiyentdə ağır dərəcəli onurğa əyriliyi uğurla cərrahi yolla aradan qaldırılıb
08.07.2026 10:46

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 13 yaşlı qız pasiyentdə ağır dərəcəli onurğa əyriliyi (skolioz) uğurla cərrahi yolla aradan qaldırılıb. Əməliyyat Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin müdiri, dosent Cəmil İskəndərov tərəfindən icra olunub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, pasiyentin müayinəsi zamanı onurğada 45 dərəcədən artıq skolioz aşkarlanıb. Bu yaşadək tətbiq olunan konservativ müalicə üsulları, o cümlədən korset müalicəsi istənilən nəticəni verməyib. Onurğa əyriliyinin proqressiv şəkildə artması nəzərə alınaraq cərrahi müdaxilə qərarı qəbul edilib.

 

Əməliyyat zamanı müasir neyromonitorinq sistemindən istifadə olunub. Bu texnologiya cərrahi müdaxilə boyunca onurğa beyni və sinir kökcüklərinin funksional vəziyyətini fasiləsiz izləməyə imkan verərək mümkün nevroloji ağırlaşmaların qarşısının alınmasına xidmət edir.

 

Təxminən dörd saat davam edən əməliyyat uğurla başa çatıb. Cərrahi müdaxilə nəticəsində onurğa deformasiyası əhəmiyyətli dərəcədə korreksiya olunub, xəstənin duruşunun bərpasına və estetik görünüşünün yaxşılaşdırılmasına nail olunub. Əməliyyatın əsas məqsədi yalnız kosmetik qüsuru aradan qaldırmaq deyil, həm də gələcəkdə əyriliyin proqressivləşməsinin qarşısını almaq və pasiyentin həyat keyfiyyətini yüksəltmək olub.

 

Dosent Cəmil İskəndərov bildirib ki, son illərdə uşaq və yeniyetmələr arasında skolioz halları daha tez-tez müşahidə olunur. Bu səbəbdən valideynlər övladlarında çiyinlər arasında hündürlük fərqi, onurğada əyrilik, kürək nahiyəsində çıxıntı və ya duruş pozğunluğu gördükdə vaxt itirmədən mütəxəssisə müraciət etməlidirlər. Erkən diaqnostika və vaxtında başlanılan müalicə bir çox hallarda xəstəliyin ağırlaşmasının və geniş cərrahi müdaxiləyə ehtiyacın qarşısını ala bilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır