Sağlam ürək üçün 4 sadə axşam vərdişi – Kardioloqlardan tövsiyələr
08.07.2026 11:20

Ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün ağır məşqlər və ya sərt pəhrizlər həmişə vacib deyil. Kardioloqlar bildirirlər ki, axşam saatlarında formalaşdırılan sağlam vərdişlər ürəyin fəaliyyətinə və ümumi sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.

 

Aztibb.az "EatingWell" nəşrinin məlumatına istinadən yazır ki, mütəxəssislər ürək sağlamlığını qorumaq üçün aşağıdakı dörd sadə qaydaya əməl etməyi tövsiyə edirlər.


1. Axşam yeməyini erkən yeyin

Həkimlər son yeməyi mümkün qədər saat 20:00-dan əvvəl, ən azı yatmazdan 3 saat öncə qəbul etməyi məsləhət görürlər. Araşdırmalar göstərir ki, saat 21:00-dan sonra qida qəbulu ürək-damar xəstəlikləri riskini artıra bilər. Axşam yeməyinin yüngül olması, meyvə və ya bir ovuc qoz-fındıq kimi sağlam qəlyanaltılara üstünlük verilməsi tövsiyə olunur.

2. Yeməkdən sonra qısa gəzinti edin

Axşam yeməyindən sonra 10 dəqiqəlik sakit gəzinti qan dövranını yaxşılaşdırır, qanda qlükoza səviyyəsinin tənzimlənməsinə kömək edir və orqanizmi istirahət rejiminə hazırlayır.

3. Stressi azaldan rahatlama üsullarından istifadə edin

Axşam saatlarında yığılan stress ürəyin sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər kortizol hormonunun səviyyəsini azaltmaq və ürək ritmini sabitləşdirmək üçün dərin nəfəs məşqlərini tövsiyə edirlər. "4-7-8" və ya "qutu nəfəsi" (box breathing) kimi texnikalar orqanizmin rahatlamasına kömək edə bilər.

4. Yuxu rejiminə riayət edin

Kardioloqlar hər gün eyni saatda yatıb oyanmağın ürək sağlamlığı üçün vacib olduğunu vurğulayırlar. Araşdırmalara görə, qeyri-müntəzəm yuxu rejimi olan insanlarda infarkt və insult kimi ürək-damar ağırlaşmalarının riski daha yüksək olur.

Mütəxəssislər bildirirlər ki, bu sadə vərdişlərin gündəlik həyata daxil edilməsi uzunömürlülüyə və ürəyin sağlam qalmasına mühüm töhfə verə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır