Təranə Bayramova Böyük Britaniyada beynəlxalq təcrübə proqramını uğurla başa vurub
07.07.2026 18:17

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Dr. Təranə Bayramova Böyük Britaniyanın Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında keçirilən beynəlxalq təkmilləşmə proqramını uğurla başa vurub.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Bildirilib ki, Hospital ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunan proqram müddətində Dr. Təranə Bayramova Böyük Britaniyanın aparıcı tibb müəssisələrində mama-ginekologiya sahəsində tətbiq olunan müasir diaqnostika, müalicə və cərrahi yanaşmalarla yaxından tanış olub.

 

Təcrübə proqramının həyata keçirilməsində və təşkilati məsələlərin əlaqələndirilməsində Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının mama-ginekoloqu Dr. Fidan İsrafilbəylinin dəstəyi və koordinasiyası mühüm rol oynayıb.

 

Proqram çərçivəsində Dr. Təranə Bayramova doğuş, erkən hamiləlik, ginekologiya, uroginekologiya, ginekoloji onkologiya, reproduktiv tibb, təcili yardım və elmi-tədqiqat bölmələrinin fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif cərrahi əməliyyatları müşahidə edərək beynəlxalq klinik protokollar, innovativ tibbi texnologiyalar, multidissiplinar əməkdaşlıq modeli və pasiyent təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələri mənimsəyib.

 

Səfər çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Birmingham Universitetinin Tibb Fakültəsi, eləcə də ölkənin aparıcı çoxprofilli tibb müəssisələrindən biri olan Queen Elizabeth Hospital Birmingham ziyarət edilib. Görüşlər zamanı tibbi təhsil, elmi-tədqiqat fəaliyyəti, klinik idarəetmə və gələcək əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

Dr. Təranə Bayramovanın əldə etdiyi bilik və praktiki təcrübənin Mərkəzi Gömrük Hospitalında tətbiqi pasiyentlərə göstərilən tibbi xidmətin daha da təkmilləşdirilməsinə, eyni zamanda Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında beynəlxalq əməkdaşlığın gələcək inkişafına yeni imkanlar açacaq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır