Yaşı 65-dən çox olan vətəndaşlar profilaktik tibbi müayinələrə cəlb olunur        
07.07.2026 16:23

TƏBİB-in dəstəyi, Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı ilə Bakı şəhərində yaşayan və yaşı 65-dən çox olan bütün vətəndaşlar profilaktik tibbi müayinələrə cəlb edilir.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, məqsəd yaşla bağlı sağlamlıq risklərinin (insult, infarkt və ya osteoporozla bağlı travmalar) vaxtında aşkarlanması, ürək-damar sistemi, şəkərli diabet, onkologiya, nevrologiya və digər xroniki xəstəliklərin, onların ağırlaşmalarının erkən diaqnostikası, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinə vaxtında başlanılmasıdır.

 

İlkin mərhələdə müayinələrin Bakı şəhərində fəaliyyət göstərən 11 ilkin səhiyyə xidməti müəssisəsi üzrə 70 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub.

 

Bu məqsədlə Bakı Baş Səhiyyə Mərkəzinin və tabeli tibb müəssisələrinin tibb mütəxəssislərindən ibarət işçi heyət formalaşdırılıb. Prosesin icrası zamanı hədəf qrupuna aid şəxslər müayinələrə dəvət olunur, həmin vətəndaşlara sahə həkimi tərəfindən ilkin baxış keçirilir və onların xəstəlik tarixi, dərman qəbulu, sosial vəziyyəti və digər məsələlər qiymətləndirilir.

 

Eyni zamanda, hərəkət məhdudluğu olan şəxslər yaşayış ünvanlarında ambulator tibbi müayinələrə cəlb edilir. Həmin şəxslərə sahə həkimlərinin müayinələri ilə yanaşı, tibbi göstəriş olduğu halda ixtisas həkimlərinin konsultasiyalarının evdə aparılması nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır