Beyləqanda hamilə qadınların sağlamlığının qorunması məqsədilə patronaj xidmətləri həyata keçirilir
09.07.2026 10:52

Beyləqan rayon l Şahsevən Ailə Sağlamlıq Mərkəzi və Dünyamalılar Ailə Sağlamlıq Mərkəzinin tibb işçiləri tərəfindən hamilə qadınların sağlamlığının qorunması məqsədilə patronaj xidmətləri həyata keçirilir.

 

Bu barədə Aztibb.az-a Beyləqan RMX-dan xəbər verilib.

 

I Şahsevən Ailə Sağlamlıq Mərkəzi və Dünyamalılar Ailə Sağlamlıq Mərkəzinin mama heyəti tərəfindən hamilə qadınların sağlamlığının qorunması və hamiləliyin normal gedişinin təmin olunması məqsədilə mütəmadi patronaj xidmətləri həyata keçirilir.

 

Patronaj zamanı hamilə qadınlar yaşadıqları ünvanda ziyarət edilir, onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir, hamiləliyin gedişi izlənilir, qan təzyiqi və digər vacib göstəricilər yoxlanılır. Eyni zamanda, hamilə qadınlara həkim təyinatlarına və müayinələrə vaxtında müraciət etməyin əhəmiyyəti izah olunur, qəbul etdikləri dərman vasitələri və vitamin preparatları barədə tövsiyələr verilir.

 

Bununla yanaşı, gələcək analar sağlam və balanslı qidalanma, fiziki aktivlik, şəxsi gigiyena qaydaları, zərərli vərdişlərdən uzaq durma, hamiləlik zamanı yarana biləcək risk əlamətləri və doğuşa hazırlıq mövzularında geniş şəkildə maarifləndirilirlər.

 

Həyata keçirilən patronaj xidmətlərinin əsas məqsədi ana və körpə sağlamlığının qorunması, hamiləlik dövründə yarana biləcək risklərin vaxtında aşkar olunaraq qarşısının alınması, həmçinin hamilə qadınların tibbi nəzarətdə saxlanılması və onların maarifləndirilməsi istiqamətində tədbirlərin gücləndirilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev