AQTİ əməkdaşı qida təhlükəsizliyi üzrə beynəlxalq təlimdə iştirak edib
08.07.2026 15:50

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı Müjgan Məsimli Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) və Macarıstan Milli Qida Zənciri Təhlükəsizliyi Ofisi (NÉBIH) tərəfindən təşkil olunan qida təhlükəsizliyi sahəsində beynəlxalq təlim proqramında iştirak edib.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, təlim proqramı çərçivəsində qida mənşəli zoonozların monitorinqi, mikrobioloji nəzarət sistemləri, qida mənşəli xəstəliklərin epidemioloji təhlili, tam genom sekvenslənməsi (Whole Genome Sequencing – WGS), EnteroBase platformasından istifadə, mikrobioloji məlumatların Avropa Qida Təhlükəsizliyi Agentliyinə (EFSA) təqdim olunması prinsipləri, eləcə də qida zəncirində antimikrob rezistentliyinin monitorinqi mövzularında nəzəri və praktiki məşğələlər keçirilib.

 

Proqram çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislərlə təcrübə mübadiləsi aparılıb, qida təhlükəsizliyi sahəsində müasir laborator yanaşmalar, genomik analiz üsulları və beynəlxalq məlumat bazalarından istifadə imkanları müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev