Bu ölkədə də COVID-19 ilə bağlı vəziyyət pisləşir
20.11.2020 19:33

Yaponiyanın hakimiyyət orqanları noyabrın 19-da ölkə üzrə daha 2400-ə yaxın koronavirusa yoluxma halı aşkar etdikdən sonra əhalini ehtiyat tədbirlərinə ciddi əməl etməyə çağırıb.

 

Yerli KİV-lərin məlumatına görə, ölkə üzrə iki gündür rekord səviyyədə yoluxma qeydə alınır. Bildirilir ki, paytaxt Tokio virusun yayılması üzrə episentrə çevrilib. Noyabrın 19-da burada 534 yoluxma halı qeydə alınıb.

 

Tokio bələdiyyəsi sentyabrdan bəri ilk dəfə olaraq koronavirus təhlükəsi səviyyəsini ən yüksək – dördüncü həddə qaldırıb.

 

Paytaxtda daha bir təhlükəli tendensiya qeydə alınıb. Belə ki, əldə edilən məlumatlara görə, yoluxma mənbəyi məlum olmayan xəstələrin sayı sürətlə artır.

 

Tokionun qubernatoru xanım Koike Yuriko paytaxt sakinlərini insanların yeni ili qarşılamağa hazırlaşdığı bir vaxtda daha diqqətli olmağa çağırıb.

 

“Biz səhhətində problem olan insanlara kollektiv axşam yeməyindən imtinanı tövsiyə edirik. Valideynləri və digər qohumları ilə birlikdə yaşayanlara da birgə yeməkdən çəkinməyi tövsiyə edirik”, - deyə K.Yuriko bildirib.

 

Qubernator, həmçinin ictimai iaşə obyektlərindən istifadə ilə əlaqədar xüsusi strategiya təklif edir. Bu, həmin yerlərdə daha az insanın toplanmasını, söhbət zamanı daha aşağı səslə ünsiyyəti, kiçik ölçülü boşqablardan istifadəni və həmin yerlərin havasının tez-tez dəyişdirilməsini nəzərdə tutur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb