"SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının bir qrup uşaqları və əməkdaşları üçün tibbi müayinələr keçirilib
07.07.2026 15:39

7 iyul 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Assosiasiyanın bir qrup uşaqları və əməkdaşları üçün tibbi müayinələr keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Tədbirin rəsmi açılış mərasimində Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, baş həkimin müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, xəstəxananın həkimləri, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Milli direktoru Rəşad Hüseynov, Assosiasiyanın həkimi Anjela Əliyeva, analar və uşaqlar iştirak ediblər.

 

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində uşaqlar və əməkdaşlar kardioloji, oftalmoloji, otorinolarinqoloji və digər ixtisaslar üzrə tibbi müayinələrdən keçiblər. Müayinələrin nəticələrinə əsasən onlara müvafiq müalicə təyin edilib, görmə zəifliyi aşkarlanan uşaqlar isə eynəklə təmin olunublar. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı ilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Assosiasiyanın sakinləri üçün mütəmadi olaraq sosial layihələr və tibbi aksiyalar həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev