Yenidoğulmuş Elmi-Tədqiqat Pediatriya İnstitutunda uğurla əməliyyat olunub
07.07.2026 11:12

38 həftəlik hamiləlikdən 2430 qram çəki ilə özəl tibb müəssisəsində dünyaya gələn yenidoğulmuş doğulduqdan dərhal sonra Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə təxliyə olunub.

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, aparılan müayinələr nəticəsində körpədə qida borusunun atreziyası və distal traxeoezofageal fistul aşkarlanıb. Təcili tibbi göstəriş əsasında pasiyentə sağ tərəfli torakotomiya, distal traxeoezofageal fistulun ləğvi və ezofaqoezofaqostomiya əməliyyatı icra edilib.


Əməliyyat uşaq cərrahı Umud Musayev tərəfindən həyata keçirilib. Cərrahi briqadanın tərkibində assistent Zülfiyyə Məmmədova və anestezioloq Nailə Səlimova da iştirak ediblər.
Əməliyyatdan sonrakı dövrdə körpə Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri Xuraman Məmmədovanın rəhbərliyi altında reanimatoloq Sevinc Nəbiyevanın nəzarəti ilə intensiv müalicə alıb.


Aparılan nəzarət kontrast müayinəsi zamanı anastomoz nahiyəsində sızma qeydə alınmayıb. 29 iyun 2026-cı il tarixində körpə Uşaq Cərrahiyyəsi şöbəsinə köçürülüb. Hazırda tam enteral qidalanır, qusması yoxdur, ümumi vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.


Körpənin valideynləri övladlarının sağlamlığına qovuşmasında əməyi olan bütün həkimlərə və tibb personalına dərin minnətdarlıqlarını bildirərək, göstərilən peşəkar tibbi yardım, yüksək diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır