Videooyunlar yaddaşı müəyyən dərəcədə yaxşılaşdıra bilər
11.07.2026 16:52

Videooyunların beyin sağlamlığına təsiri uzun illərdir araşdırılır. “Acta Psychologica” jurnalında dərc olunan yeni araşdırmada 20 il ərzində aparılmış tədqiqatların nəticələri sistematik icmal və meta-analiz vasitəsilə ümumiləşdirilib. Nəticələr göstərib ki, videooyunlar bəzi idrak qabiliyyətlərinə, xüsusilə yaddaşa müəyyən müsbət təsir göstərə bilər.

 

Aztibb.az-ın news.rambler.ru-ya istinadən məlumatına görə, alimlər 14 245 nəfərin iştirak etdiyi 133 tədqiqatı təhlil ediblər. Araşdırmalarda videooyun oynayanlarla oynamayan şəxslər müqayisə olunub, həmçinin nəzarət olunan klinik sınaqların nəticələri qiymətləndirilib.

 

Tədqiqatçılar idrak göstəricilərini yaddaş, məkan düşüncəsi, vizual diqqət, idrak nəzarəti və zəka olmaqla beş sahəyə ayırıblar. Ümumilikdə video oyunların kiçik, lakin statistik baxımdan əhəmiyyətli idrak üstünlükləri ilə əlaqəli olduğu müəyyən edilib. Ən nəzərəçarpan təsir yaddaş sahəsində müşahidə olunub.

 

Oyunçuların məkan düşüncəsi, vizual diqqət, idrak nəzarəti və zəka sahələrində də cüzi üstünlükləri qeydə alınıb. Bununla belə, tədqiqatçılar nəticələrin bəzi məhdudiyyətlərə malik olduğunu, o cümlədən müxtəlif tədqiqat metodları və özünüqiymətləndirmə üsullarının təsirləri nəzərə alınmalı olduğunu bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev