AQTA sədrinin müavini Cenevrədə tədbirdə iştirak edir  
07.07.2026 09:37

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) birgə təşkilatçılığı ilə Kodeks Alimentarius Komissiyasının (Codex Alimentarius Commission) 49-cu sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev və institutun Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisi Aygün Qənbərzadə təmsil edirlər.

 

Bu barədə Aztibb.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

İyulun 10-dək davam edəcək sessiyada qida təhlükəsizliyi və beynəlxalq qida standartlarının təkmilləşdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunur.

 

Sessiyanın gündəliyinə Kodeks Prosessual Təlimatına ediləcək dəyişikliklər, 2020–2025-ci illəri əhatə edən Kodeks strateji planının icrasına dair hesabat, Komissiyanın büdcə və maliyyə məsələləri, həmçinin Kodeksin ixtisaslaşmış komitələri tərəfindən hazırlanmış yeni təkliflərin təsdiqi daxildir. Tədbir çərçivəsində Balıq və Balıq Məhsulları üzrə Kodeks Komitəsinə sədr ölkənin müəyyənləşdirilməsi məqsədilə seçkilərin keçirilməsi də nəzərdə tutulur.

 

Ölkəmizin qida təhlükəsizliyi sahəsində dövlət siyasətini həyata keçirən qurum kimi AQTA-nın bu istiqamətdə gördüyü işlər, gələcək strategiyalar da diqqət mərkəzində saxlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev