Uzun illər xroniki qəbizlikdən əziyyət çəkən pasiyent üzərində mürəkkəb təkrar cərrahi əməliyyat 
07.07.2026 14:17

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uzun illər xroniki qəbizlikdən əziyyət çəkən pasiyent üzərində mürəkkəb təkrar cərrahi əməliyyat uğurla icra edilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, əməliyyatı klinikanın ümumi cərrahı, professor Rüstəm Məmmədov həyata keçirib.

 

Pasiyent 20 il əvvəl başqa bir xəstəxanda dolixosiqma (yoğun bağırsağın siqmoid hissəsinin həddindən artıq uzanması) və kolonoptoz (yoğun bağırsağın sallanması) diaqnozları ilə əməliyyat olunub. Lakin əməliyyatdan bir müddət sonra yenidən qəbizlik və digər həzm problemləri yaranıb. O vaxtdan etibarən pasiyent yalnız işlədici dərmanların köməyi ilə bağırsaq fəaliyyətini təmin edə bilib. Maraqlıdır ki, pasiyentin özü də həkimdir.

 

Son dövrlərdə pasiyentdə qida qəbulundan dərhal sonra qarında güclü köp, şişkinlik və narahatlıq yaranıb. Tədris Cərrahiyyə Klinikasında aparılan ətraflı müayinələrdən sonra təkrar cərrahi müdaxilə qərarı verilib. Əməliyyat zamanı yoğun bağırsağın funksiyasını itirmiş və həddindən artıq uzanmış hissəsi rezeksiya olunub. Daha sonra xüsusi cərrahi modifikasiya tətbiq edilərək nazik bağırsaq yoğun bağırsağın sağlam qalan hissəsinə birləşdirilib. Məqsəd bağırsaq keçidini bərpa etmək və uzun illər fəaliyyəti zəifləmiş bağırsağın funksiyasını mümkün qədər normallaşdırmaq olub.

 

Professor R.Məmmədovun sözlərinə görə, bu tip əməliyyatlar hər bir pasiyent üçün fərdi planlaşdırılır. Bəzi hallarda bağırsaq funksiyası tam bərpa olunmasa da, əməliyyatdan sonra pasiyentlərin əksəriyyətində qəbizlik əhəmiyyətli dərəcədə azalır, işlədici preparatlardan asılılıq minimuma enir və həyat keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşır.

 

Mütəxəssis bildirib ki, dolixosiqma əsasən anadangəlmə inkişaf qüsurudur və xüsusilə uşaqlıq yaşlarında daha çox rast gəlinir. Erkən yaşlarda bağırsaqların daha aktiv işləməsi səbəbindən problem uzun müddət gizli qala bilər. Yaş artdıqca bağırsağın hərəkətliliyi zəifləyir və xroniki qəbizlik inkişaf edir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev