Neandertallarla Homo sapiens arasında təkcə mədəniyyət deyil, sağlam həyat vərdişləri də ortaq olub
07.07.2026 09:45

Təxminən 77 min il əvvəl indiki Türkiyə ərazisində yerləşən Üçağızlı II mağarasında neandertallar məskunlaşıb və özlərinə məxsus həyat tərzi, ovçuluq üsulları və simvolik mədəniyyət formalaşdırıblar. Sonradan onların yerini Homo sapiens tutsa da, müasir insanların həmin ənənələrin böyük hissəsini davam etdirdiyi müəyyən edilib. Alimlər bunu iki insan növü arasında mədəni mübadilə və davamlılığın mühüm sübutu hesab edirlər.

 

Aztibb.az "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan məqaləyə diqqət çəkib.

 

Tədqiqatçılar mağaranın müxtəlif təbəqələrində altı diş, çənə sümüyünün bir hissəsi, 19 252 daş alət və 24 236 heyvan qalığı aşkar ediblər. Analizlər göstərib ki, neandertallar mağarada 77–59 min il, Homo sapiens isə 59–47 min il əvvəl yaşayıb. Maraqlıdır ki, sonradan burada məskunlaşan insanlar neandertalların ovçuluq, qida toplama və əmək alətləri hazırlama üsullarını böyük ölçüdə qoruyub saxlayıblar.

 

Ən diqqətçəkən tapıntılardan biri isə 59 dəniz ilbizi qabığı olub. Onların əksəriyyəti qida üçün yararsız olan Columbella rustica növünə aid idi və qədim insanlar bu qabıqlardan əsasən bəzək və simvolik məqsədlərlə istifadə edirdilər. Qabıqların bütün yaşayış təbəqələrində aşkar edilməsi göstərir ki, Homo sapiens neandertalların bu ənənəsini də davam etdirib.

 

Tədqiqatın müəllifi, Qaziantep Universitetinin professoru İsmayıl Baykaranın sözlərinə görə, bu nəticələr neandertallarla müasir insanlar arasında təkcə gen deyil, həm də mədəniyyət mübadiləsinin baş verdiyini göstərir. Alim hesab edir ki, bu iki insan növünün idrak və davranış baxımından düşündüyümüzdən daha çox oxşarlığı ola bilər. Bununla belə, bu fərziyyənin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.

 

Mütəxəssislərin fikrincə, qədim insanların ovçuluq və qida toplama əsaslı həyat tərzi onların yüksək fiziki aktivliyini təmin edir, bu da ürək-damar və dayaq-hərəkət sistemi sağlamlığı üçün mühüm amillərdən biri hesab olunur. Təbii və az emal olunmuş qidalarla qidalanmaları metabolik xəstəliklərin daha az yayılmasına təsir göstərmiş ola bilər. Bununla yanaşı, o dövrdə infeksiyalar, travmalar və tibbi yardımın olmaması səbəbindən orta ömür uzunluğu müasir insanlarla müqayisədə xeyli aşağı idi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev