Alimlər korluq və iflici müalicə edən implantların ortaq sirrini tapıblar  
09.07.2026 16:26

Müasir neyrotexnologiyalar hisslərini itirmiş xəstələr üçün yeni ümid işığına çevrilir. "Nature Reviews Bioengineering" jurnalında dərc olunan yeni elmi icmalda sübut olunub ki, ağır sağlamlıq imkanları məhdud insanlara kömək edən beyin-kompüter interfeysləri (BCI) — yəni görmə və toxunma (göz və hissiyyat) protezləri tamamilə eyni hesablama və neyron mexanizmlərinə əsaslanır. Ən maraqlısı odur ki, bu iki elmi istiqamət 50 ildən çox müddətdə bir-birindən xəbərsiz və müstəqil şəkildə inkişaf etsə də, eyni fundamental prinsiplərə gəlib çıxıb. Bu kəşf xəstələrə itirilmiş hisslərini qaytaracaq cihazların istehsalını kəskin sürətləndirə bilər.

 

Sözügedən interfeyslər baş beynin qabığına yerləşdirilən mikroelektrodlar vasitəsilə işləyir. Bu mikroelektron cihazlar zədələnmiş bədən nahiyələrini və sinirləri yan keçərək birbaşa beyin hüceyrələrini stimullaşdırır və süni şəkildə təbii duyğuları imitasiya edir. Hazırda bu texnologiyalar fərqli sahələrdə tətbiq olunur: görmə qabiliyyətini bərpa etmək üçün kortikal göz protezlərindən (VCP), toxunma və hissiyyatı qaytarmaq üçün isə somatosensor protezlərdən (SCP) istifadə edilir.

 

İsveçdəki Çalmers Texnologiya Universitetinin dosenti Cakomo Valle bildirir ki, bu texnologiya korluq, eləcə də iflic kimi bu gün üçün sağalmaz hesab olunan xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün əsl dönüş nöqtəsidir. Bu sistem insanlara hərəkətləri idarə etmək, ünsiyyət qurmaq və ya əvvəllər qeyri-mümkün sayılan taktil duyğuları və görmə qabiliyyətini bərpa etmək imkanı verir.

 

Görmə və toxunma protezlərinin bu dərəcədə oxşar olması onunla izah edilir ki, hər iki hissiyyat orqanı xarici aləmdən gələn mürəkkəb informasiyanı beyin üçün elektrik siqnallarına çevirərkən eyni bioloji və riyazi qanunlara tabe olur. İndiyə qədər fərqli sahələrdə işləyən alimlər əslində eyni məsələləri həll etsələr də, fərqli konfranslara qatılır və fərqli xəstələrlə işlədikləri üçün bu problemi ümumi bir mövzu kimi nəzərdən keçirmirdilər. İndi isə hər iki qrupun mütəxəssisləri arasında sıx əməkdaşlığın yaradılması hədəflənir. Bu, eyni vaxtda həm görmə qüsuru olan, həm də iflic daxil olmaqla hərəkət funksiyasını itirmiş bir neçə qrup xəstəyə xidmət edə biləcək vahid və daha mükəmməl texnologiyanın yaradılmasını reallığa çevirəcək.

"Xalq qəzeti"

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə