Səbəbsiz çəki dəyişikliyi və ürək döyüntüsünün gizli səbəbi
10.07.2026 16:38
Bir şəxs arıqlamağa çalışmadıqda bədən çəkisinin nəzərəçarpacaq dərəcədə azalması səbəbsiz çəki itkisi kimi təsvir edilə bilər. Bu, əsas xəstəliyin əlaməti və ya sadəcə kifayət qədər yemədiyinin göstəricisi ola bilər. Həmçinin ürək döyüntüsünün normal sərhədlərini, əsas səbəblərini və risk faktorlarını bilmək, vaxtında düzgün diaqnoz və müalicə üçün çox önəmlidir.
Aztibb.az xəbər verir ki, bir çox insan aylarla terapevt və ya kardioloq qapılarında vaxt itirir, lakin problemin əsl kökü qalxanvari vəzinin fəaliyyətində gizlənir.
Zob xəstəlikləri özünü iki tamamilə fərqli formada biruzə verə bilər:
Zəhərli zob (Hipertireoz) — Hormonların artması. Əgər sizdə aşağıdakı əlamətlər varsa, bu, zəhərli zobun göstəricisi ola bilər:
Səbəbsiz çəki azalması: İnsanlar çox vaxt şəkərli diabetdən şübhələnib yoxlatsalar da, nəticə təmiz çıxır. Çəki itkisinin əsl səbəbi hormonların yüksək olmasıdır.
Ürək döyüntüsünün sürətlənməsi: Pasiyentlər dəfələrlə kardioloji müayinələrdən (EKQ, Exo) keçir və ürəkdə heç bir problem tapılmır. Çünki ürək döyüntüsünü sürətləndirən qandakı hormonların artmasıdır.
İstilik gəlmə və güclü tərləmə halları.
Tənbəl zob (Hipotireoz) — Hormonların azalması. Qanda hormonlar azaldıqda isə zəhərli zobun tam əksi olan əlamətlər müşahidə edilir:
Səbəbsiz çəki artması: İştah dəyişməsə də, bədəndə çəki artımı baş verir.
Dəri quruluğu: Tərləmə əvəzinə dəridə həddindən artıq quruluq yaranır.
Tez-tez üşümə və soyuqlama halları: Bədən temperaturu normasından aşağı düşməyə meyilli olur.
Nəbzin azalması (Bradikardiya): Ürək döyüntüləri yavaşlayır.
Əgər siz də vaxtaşırı müxtəlif müalicələr almağınıza baxmayaraq tam nəticə görmürsünüzsə və bu simptomlardan əziyyət çəkirsinizsə, mütləq endokrinoloqa müraciət edərək hormonlarınızı yoxlatdırın. Sağlamlığınızı təxirə salmayın!
Bu bölməyə aid digər xəbərlər
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

