Tədris Cərrahiyyə Klinikasında yalancı kriptorxizm diaqnozu qoyulan uşağa uğurlu cərrahi müdaxilə həyata keçirilib
06.07.2026 16:20

Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi şöbəsində yalancı kriptorxizm diaqnozu qoyulan uşağa uğurlu cərrahi müdaxilə həyata keçirilib.

 

Uşaq cərrahiyyəsi şöbəsinin müdiri Hikmət Alışanov Aztibb.az-a bildirib ki, kriptorxizm – xayanın xayalıqda olmaması patologiyası müxtəlif formalarda rast gəlinir. Əməliyyat olunan pasiyent həqiqi deyil, yalancı kriptorxizm formasına aid olub. Həkim bildirib ki, yalancı kriptorxizmin də bir neçə növü mövcuddur və onların bəzilərində cərrahi müdaxilə zəruri hesab edilir.


Qeyd olunub ki, bəzi hallarda xaya gün ərzində vaxtının böyük hissəsini qasıq kanalında keçirir. Bu isə bədən temperaturunun təsiri nəticəsində xayanın inkişafdan qalmasına, gələcəkdə isə funksional problemlərin yaranmasına səbəb ola bilər.


Məhz bu risklərin qarşısını almaq məqsədilə pasiyentə Bianchi üsulu ilə xayanın xayalığa endirilməsi və fiksasiyası (orxiopeksiya) əməliyyatı icra olunub. Əməliyyatın əsas məqsədi xayanın normal inkişafını, funksiyasını və gələcək reproduktiv qabiliyyətini qorumaqdır.


Hikmət Alışanov valideynlərə və pediatr həmkarlarına müraciət edərək vurğulayıb ki, həqiqi və yalancı kriptorxizm formalarının düzgün differensial diaqnostikası böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, retraktil xaya hallarında adətən cərrahi müdaxiləyə ehtiyac olmur. Lakin yalancı kriptorxizmin digər növlərində əməliyyat tələb oluna bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır