Alimlər istilik dalğalarının sağlamlıq üçün təhlükə yaratmasının səbəblərini izah ediblər  
10.07.2026 14:14

Ekstremal isti hava insan sağlamlığı, xüsusən də yaşlılar, hamilə qadınlar, azyaşlı uşaqlar, eləcə də xroniki ürək və böyrək xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yarada bilər. Bunu yüksək temperaturun insan orqanizminə təsirinə həsr olunmuş bir sıra elmi tədqiqatların nəticələri də təsdiqləyir.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, isti havalarda orqanizm özünü soyutmağa çalışdığı üçün ürək daha intensiv işləyir və qanı dərinin səthinə yönəldir. Eyni zamanda, tərləmə artır ki, bu da orqanizmin susuzlaşmasına, qanın qatılaşmasına və qan laxtalanması riskinin yüksəlməsinə səbəb ola bilər. Yüksək temperatur bədənin su-duz balansını tənzimləyən böyrəklərin də iş yükünü artırır. Kifayət qədər maye qəbul edilmədikdə isə böyrək çatışmazlığı riski yüksəlir.

 

İsveçin Umeo Universitetinin tədqiqatçıları ölüm hallarının artıq 21,7°C temperaturdan etibarən artmağa başladığını göstərən model hazırlayıblar. Hesablamalara görə, temperaturun hər növbəti 1°C yüksəlməsi ilə ölüm riski təxminən 1,8 faiz artır. Maksimum temperatur ardıcıl üç gün ərzində 27°C səviyyəsində qaldıqda ölüm göstəricisi adi dövrlə müqayisədə təxminən 10 faiz, 30°C olduqda isə 20 faiz yüksək olur.

 

“Nature” jurnalında dərc olunmuş araşdırmaya əsasən, 2022-ci ilin yayında Avropada isti hava nəticəsində 61 mindən çox insan həyatını itirib. İsveçdə isə 2018-ci ilin anomal isti yayında ölüm halları orta göstəricini təxminən 700 nəfər üstələyib. Fransada baş verən son istilik dalğası da ölüm hallarının kəskin artması ilə müşayiət olunub. İyunun 22-dən 28-dək olan həftə ərzində adi səviyyə ilə müqayisədə 2 mindən çox əlavə ölüm halı qeydə alınıb.

 

Alimlərin sözlərinə görə, ekstremal istilər başa çatdıqdan sonra ölüm göstəricisi qısa müddətdə yenidən normal səviyyəyə qayıdır. Bu isə göstərir ki, istilik dalğalarının qurbanları yalnız onsuz da yaxın vaxtlarda həyatını itirə biləcək ağır xəstələr deyil, həm də ekstremal yüksək temperatur baş verməsəydi həyatını xilas etmək mümkün olan insanlardır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev