Təranə Bayramova Birmingham Böyük Britaniyada Kolposkopiya Klinikasında aparılan müayinə, diaqnostika və müalicə proseslərini izləyib
06.07.2026 15:12
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Böyük Britaniyanın Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında keçirilən beynəlxalq təkmilləşmə proqramında iştirakını davam etdirir.
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təcrübə proqramı çərçivəsində Dr. Təranə Bayramova Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının Colposcopy Clinic (Kolposkopiya Klinikası) fəaliyyətini də yaxından izləyib. Klinikada uşaqlıq boynu patologiyalarının erkən diaqnostikası, kolposkopik müayinə üsulları, biopsiya prosedurlarının icrası, pasiyentlərin qiymətləndirilməsi və müasir müalicə alqoritmləri ilə tanış olub.
Dr. Təranə Bayramova klinik müşahidələr zamanı kolposkopiya xidmətinin təşkili, multidissiplinar komanda əməkdaşlığı, beynəlxalq klinik protokolların tətbiqi, keyfiyyət və pasiyent təhlükəsizliyi standartları, eləcə də uşaqlıq boynu xərçənginin erkən aşkarlanması və profilaktikasına yönəlmiş müasir yanaşmaları öyrənib.
Təcrübə proqramı çərçivəsində əldə olunan bilik və praktiki bacarıqların gələcəkdə ölkəmizdə qadın sağlamlığının qorunması, erkən diaqnostikanın gücləndirilməsi və mama-ginekoloji xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm töhfə verəcəyi gözlənilir.
Təkmilləşmə proqramının həyata keçirilməsində və təşkilati məsələlərin əlaqələndirilməsində Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının mama-ginekoloqu Dr. Fidan İsrafilbəylinin fəal dəstəyi mühüm rol oynayır.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən beynəlxalq təkmilləşmə proqramı həkimlərin Böyük Britaniyanın qabaqcıl tibb müəssisələrində müasir klinik yanaşmalar, innovativ texnologiyalar və beynəlxalq müalicə protokolları ilə yaxından tanış olmasına, peşəkar bilik və bacarıqlarını inkişaf etdirməsinə geniş imkan yaradır.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

