Tədris Cərrahiyyə Klinikasında eyni gündə iki uğurlu böyrək nəqli əməliyyatı icra olunub  
10.07.2026 12:03

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov və komandasının iştirakı ilə eyni gündə iki xəstəyə uğurla böyrək nəqli əməliyyatı həyata keçirilib.


Bu xəbər Aztibb.az-a Tədris Cərrahiyyə Klinikasından verilibş

Bildirilib ki, əməliyyat olunan xəstələrdən birinə böyrək həyat yoldaşı, digərinə isə xalası tərəfindən donor olaraq verilib. Hər iki transplantasiya əməliyyatı uğurla başa çatıb və xəstələrin əməliyyatdan sonrakı dövrü qənaətbəxş keçib.


Əməliyyatdan əvvəl xəstələrin qanda kreatinin göstəriciləri müvafiq olaraq 8,2 mg/dL və 10,3 mg/dL təşkil edirdi ki, bu da ağır böyrək funksiyası pozğunluğunu göstərən yüksək göstəricilərdir. Böyrək nəqlindən sonra yeni transplant olunan orqanın funksiyası qısa müddətdə bərpa olunub və əməliyyatdan bir həftə sonra kreatinin səviyyələri 1,1 mg/dL və 1,2 mg/dL-ə qədər enib. Hər iki xəstə sağlamlıq vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.


Böyrək transplantasiyası son mərhələ xroniki böyrək çatışmazlığı olan xəstələr üçün ən effektiv müalicə üsullarından hesab olunur. Uğurlu transplantasiya xəstələrin həyat keyfiyyətini yüksəldir, dializdən asılılığı aradan qaldırır və uzunmüddətli sağqalım göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.


Mütəxəssislər vurğulayırlar ki, xroniki böyrək xəstəliklərinin erkən mərhələdə aşkarlanması üçün mütəmadi check-up müayinələri böyük əhəmiyyət daşıyır. Xüsusilə şəkərli diabet və arterial hipertenziya böyrək çatışmazlığının əsas risk faktorları sırasındadır. Qeyd edək ki, bu xəstələrdən birində son mərhələ böyrək çatışmazlığı şəkərli diabetin ağırlaşması nəticəsində inkişaf edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?