Mərkəzi Gömrük Hospitalında tədbir: “Fərdiləşdirilmiş infuzion terapiya: Optimal və balanslaşdırılmış yanaşma”
06.07.2026 11:17
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “B.Braun Sharing Expertise” şirkətinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında "Fərdiləşdirilmiş infuzion terapiya: Optimal və balanslaşdırılmış yanaşma" mövzusunda Dəyirmi masa keçirilib.
Bu xəbər Aztibb.az-a Gömrük Hospitalından verilib.
“Fərdiləşdirilmiş infuzion terapiya: Optimal və balanslaşdırılmış yanaşma” mövzusuna həsr olunan Dəyirmi masanın məqsədi infuzion terapiya sahəsində müasir elmi yanaşmaların və beynəlxalq klinik tövsiyələrin müzakirəsi, fərdiləşdirilmiş maye müalicəsinin prinsiplərinin təbliği, tibb mütəxəssislərinin nəzəri bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi, həmçinin bu sahədə qabaqcıl təcrübənin paylaşılması olub. Müxtəlif tibb müəssəsisələrinin anestezioloq-reanimatoloq ixtisaslı həkim və rezidentlərinin iştirakı ilə keçirilib.
Dəyirmi masada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının Rəisi, Baş həkimi Bəxtiyar Musayev iştirakçıları salamlayaraq belə elmi-praktik tədbirlərin həkimlərin peşəkar inkişafına, müasir müalicə yanaşmalarının tətbiqinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Dəyirmi masada məruzə ilə çıxış edən Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Anesteziologiya, Reanimatologiya və İntensiv Terapiya kafedrasının assistenti Namaz İbrahimov balanslaşdırılmış kristalloid məhlulların klinik üstünlükləri, infuzion terapiyanın düzgün planlaşdırılması, hemodinamik göstəricilər əsasında qərarvermə prinsipləri, artıq və ya qeyri-kafi maye yüklənməsinin mümkün fəsadları, həmçinin perioperativ və intensiv terapiya dövründə optimal maye idarəetməsi barədə ətraflı məlumat təqdim edib.
Namaz İbrahimov həmçinin qeyd edib ki, müasir klinik yanaşmalar infuzion terapiyanın standart sxemlər üzrə deyil, pasiyentin yaşı, yanaşı xəstəlikləri, hemodinamik vəziyyəti və laborator göstəriciləri nəzərə alınmaqla fərdiləşdirilmiş şəkildə aparılmasını tövsiyə edir. Bu yanaşma müalicənin effektivliyinin artırılmasına, ağırlaşmaların azaldılmasına və pasiyent təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Dəyirmi masa çərçivəsində iştirakçılar real klinik halların müzakirəsində iştirak edib, gündəlik praktikada rast gəlinən mürəkkəb vəziyyətlər üzrə fikir mübadiləsi aparıblar. İnteraktiv diskussiyalar zamanı iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb, infuzion terapiya ilə bağlı aktual problemlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparılıb. Dəyirmi masa iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

