Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb  
06.07.2026 13:47

Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb.

 

Aztibb.az-ın "Haber Global"-a istinadla xəbərinə görə, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərək yerli xəstəxanaya müraciət edib. Ancaq müalicəsi uğurlu nəticə verməyib. Sivasa xəstəxanaya aparılıb, ona Krım-Konqo hemorragik qızdırma (KKQQ) diaqnozu qoyulub. Bütün tibbi müdaxilələrə baxmayaraq A.K. ölüb.

 

Məlumata görə, o, bədəninə yapışan gənəni öz imkanları ilə çıxarıb. Ona görə fəsadı belə ağır olub.

 

İnformasiyaya əsasən, Sivasda bu il gənə yapışması nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. Səlahiyyətlilər ölümcül gənələr və KKQQ virusuna qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev