Kolonoskopiya zamanı bağırsaq niyə deşilə bilər? Həkim səbəbləri açıqlayıb
05.07.2026 11:20

 

Kolonoskopiya müayinəsi zamanı bağırsaq divarının deşilməsi (perforasiya) ən ciddi və təcili tibbi müdaxilə tələb edən nadir ağırlaşmalarından biridir.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, bu ağırlaşma nadir hallarda rast gəlinsə də, endoskopik müayinələrin ən ciddi fəsadlarından biri hesab olunur.

 

Həkim-kardioloq Denis Prokofyev bildirib ki, bağırsaq divarının deşilməsi riski xüsusilə bağırsaq toxumasını zəiflədən xəstəlikləri olan insanlarda daha yüksəkdir. Bu xəstəliklərə xoralı kolit, divertikulyoz və Kron xəstəliyi daxildir. Belə hallarda bağırsaq divarı nazikləşir və mexaniki təsirlərə qarşı daha həssas olur.

 

Onun sözlərinə görə, bəzi pasiyentlərdə bağırsağın vəziyyəti elə olur ki, hətta ən təcrübəli endoskopist belə perforasiya riskini tam aradan qaldıra bilmir.

 

“Hətta ən peşəkar mütəxəssis belə belə bir pasiyentdə kolonoskopiya zamanı bağırsaq perforasiyasının qarşısını tam ala bilməz. Perforasiya riskini 100 faiz sıfıra endirmək mümkün deyil. Hər şey pasiyentin bağırsaq divarının vəziyyətindən asılıdır”, – deyə həkim vurğulayıb.

 

Mütəxəssis əlavə edib ki, hadisə ilə bağlı hüquqi məsuliyyətin müəyyənləşdirilməsi üçün tibbi sənədlər, proseduru həyata keçirən həkimin peşəkarlığı və istifadə olunan avadanlığın texniki vəziyyəti araşdırılmalıdır. Əgər hər hansı tibbi və ya texniki pozuntu aşkar olunarsa, məsuliyyət klinikanın üzərinə düşə bilər. Bununla yanaşı, həkimlər ağırlaşmanı vaxtında müəyyən edərək təcili yardım çağırıblar ki, bu da pasiyentin həyatının xilas edilməsində mühüm rol oynayıb.

 

 

Kolonoskopiya yoğun bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsində yüksək informativliyə malik təhlükəsiz prosedur hesab olunur. Bağırsaq perforasiyası isə çox nadir rast gəlinən ağırlaşmadır və əksər hallarda yaşlı pasiyentlərdə, iltihabi bağırsaq xəstəlikləri, divertikulyoz, iri poliplərin çıxarılması və ya mürəkkəb endoskopik müdaxilələr zamanı risk artır. Mütəxəssislər qeyd edirlər ki, prosedurdan sonra güclü qarın ağrısı, yüksək hərarət, qarında şişkinlik və ya qanaxma baş verərsə, dərhal həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır