Culfa rayonunun Teyvaz Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası keçirilib
06.07.2026 09:10

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Culfa rayonunun Teyvaz Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası keçirilib.

 

Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən bildirilib ki, tibbi aksiya çərçivəsində ümumilikdə 46 nəfər müxtəlif ixtisaslar üzrə müayinədən keçirilib. Belə ki, 11 nəfər terapevt, 6 nəfər ginekoloq, 1 nəfər pediatr, 11 nəfər kardioloq, 6 nəfər nevroloq müayinəsindən keçib, 11 nəfərə isə USM müayinəsi aparılıb.

Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, aşkar olunan problemlərlə bağlı müvafiq tibbi tövsiyələr verilib və əlavə müayinəyə ehtiyacı olan şəxslər ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə təşkil olunan bu cür tibbi aksiyalar sakinlər tərəfindən məmnunluqla qarşılanır və dövlətin vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır