Tədris Cərrahiyyə Klinikasında unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub
08.07.2026 20:05

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən icra olunub.

 

Klinikadan Aztibb.az-a verilən xəbərə görə, 67 yaşlı xəstə öz iti tərəfindən dişlənməsi nəticəsində burununun böyük hissəsini itirib. İlkin olaraq başqa bir tibb müəssisəsində qopan toxumanın replantasiyası aparılsa da, tam nekroz inkişaf edib. Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstə üzərində çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.

 

Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb üsullarından olan paramedian forehead flap (supratroxlear arteriya əsasında), autogen kompozit qreft və qabırğa qığırdağı (costal cartilage) kombinasiyasından istifadə olunub. Xəstənin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini əhəmiyyətli dərəcədə artırmasına baxmayaraq, cərrahi müdaxilə uğurla başa çatdırılıb.

 

Aparılan rekonstruksiya nəticəsində yalnız itirilmiş burun strukturu bərpa edilməyib, eyni zamanda xəstənin xarici tənəffüs funksiyası da tam şəkildə bərpa olunub. Bu, həm estetik, həm də funksional baxımdan yüksək mürəkkəblik daşıyan və uğurlu nəticə ilə yekunlaşan rekonstruktiv əməliyyat kimi xüsusi əhəmiyyət daşıyır.

 

Bu uğurlu əməliyyat Tədris Cərrahiyyə Klinikasında mürəkkəb rekonstruktiv cərrahiyyə sahəsində tətbiq olunan yüksək ixtisaslı yanaşmanın və müasir cərrahi imkanların növbəti uğurlu nümunəsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev