Ginekoloji onkomarkerlər nədir və nə üçün istifadə olunur?
08.07.2026 15:37

Bir çox qadın onkomarker analizini eşidəndə bunun xərçəng diaqnozu qoyduğunu düşünür. Əslində isə bu, doğru deyil.

 

Aztibb.az-ın məlumatına görə, ginekoloji onkomarkerlər qanda müəyyən maddələrin səviyyəsini ölçən laborator analizlərdir. Onlar həkimə bəzi xəstəliklər barədə əlavə məlumat verir və lazım gəldikdə diaqnozun dəqiqləşdirilməsinə kömək edir.

 

Onkomarker analizləri nə üçün aparılır?

Yumurtalıq, uşaqlıq və digər ginekoloji xəstəliklərdən şübhələnildikdə
Müalicənin effektivliyini izləmək üçün
Müalicədən sonra xəstənin nəzarətdə saxlanılması məqsədilə
Digər müayinə üsulları ilə birlikdə diaqnostikaya dəstək vermək üçün.

 

Onkomarkerin yüksək olması hər zaman xərçəng demək deyil.

 

Bəzi xoşxassəli ginekoloji xəstəliklər, iltihabi proseslər, endometrioz, hamiləlik və hətta bəzi fizioloji hallar da onkomarker göstəricilərinin yüksəlməsinə səbəb ola bilər.

Eyni zamanda, bəzi hallarda onkoloji xəstəlik olsa belə, onkomarker göstəriciləri normal ola bilər. Buna görə də bu analizlər təkbaşına diaqnoz qoymaq üçün istifadə edilmir.

 

Dəqiq diaqnoz necə qoyulur?

Onkomarker analizinin nəticələri mütləq həkim tərəfindən:
pasiyentin şikayətləri,
 ginekoloji müayinə,
ultrasəs müayinəsi,
ehtiyac olduqda digər görüntüləmə və laborator analizlərlə birlikdə qiymətləndirilməlidir.

 

Onkomarker analizləri qorxmaq üçün deyil, düzgün diaqnoz qoymağa kömək edən vasitələrdən biridir. Analizin nəticəsini yalnız mütəxəssis düzgün şərh edə bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev