Sədi Allahverdiyev beynəlxalq ginekoloji konqresin "Canlı cərrahiyyə" sessiyasında əməliyyatı uğurla icra edib
05.07.2026 16:34

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev 3–5 iyul 2026-cı il tarixlərində Bakı şəhərində İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Forever Baku” Müasir Ginekologiya Konqresi eyni zamanda "XII Sərhədsiz Ginekologiya İclası" adlı beynəlxalq elmi konqresin diqqətçəkən bölmələrindən biri olan "Canlı cərrahiyyə" sessiyasında laparoskopik endometrioz əməliyyatını canlı yayımda uğurla icra edib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Konqres çərçivəsində Bakı, Moskva, Daşkənd və Aktau şəhərlərindən tanınmış mama-ginekoloqlar canlı cərrahi translyasiyalar vasitəsilə öz peşəkar təcrübələrini beynəlxalq auditoriya ilə bölüşüblər. Tədbirdə Rusiya, Türkiyə, Almaniya, Böyük Britaniya, İspaniya, İsrail, Macarıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrdən tanınmış mama-ginekoloqlar və cərrahlar bir araya gələrək müasir ginekologiyanın aktual problemlərini, innovativ cərrahi yanaşmaları və elmi yenilikləri müzakirə ediblər.

 

Bu nüfuzlu beynəlxalq tədbirdə Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Dr. Sədi Allahverdiyevin canlı cərrahi əməliyyat icra etməsi tibb müəssisəsinin yüksəkixtisaslı həkim potensialının, müasir cərrahi imkanlarının və beynəlxalq elmi əməkdaşlığa verdiyi töhfənin növbəti bariz göstəricisidir.

 

Mərkəzi Gömrük Hospitalı həkimlərinin beynəlxalq elmi platformalarda fəal iştirakı onların peşəkar bilik və bacarıqlarının daha da inkişafına, qabaqcıl tibbi təcrübələrin ölkəmizdə tətbiqinə və Azərbaycan səhiyyəsinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır