Vaxtında aparılan cərrahi müdaxilə ilə yenidoğulmuşun həyatı xilas edilib
03.07.2026 16:31

Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda anadangəlmə mürəkkəb inkişaf qüsuru ilə dünyaya gələn yenidoğulmuş üzərində uğurlu cərrahi əməliyyat icra olunub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, körpəyə omfalosel, Mekkel divertikulu və divertikulit diaqnozları qoyulub. Aparılan müayinə zamanı iltihablaşmış Mekkel divertikulunun nazik bağırsaqla bitişmə yaratdığı müəyyən edilib.

Əməliyyat uşaq cərrahı Umud Musayev tərəfindən uğurla icra olunub. Cərrahi briqadada assistent Pərvin Babayev və anestezioloq Nailə Səlimova iştirak ediblər.

Əməliyyat zamanı iltihablaşmış Mekkel divertikulu nazik bağırsağın zədələnmiş hissəsi ilə birlikdə rezeksiya olunub, bağırsağın davamlılığı bərpa edilib və omfaloplastika icra edilib. Cərrahi müdaxilə uğurla başa çatdırılıb.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma