Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
03.07.2026 12:06

Böyük Britaniyada fəaliyyət göstərən azərbaycanlı həkimləri, alimləri və peşəkarları öz ətrafında birləşdirən ilk akademik təşkilat – Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası (AABP), Londonun tibb dünyasında mərkəzi rol oynayan Krallıq Həkimlər Kollecində (Royal College of Physicians) növbəti nüfuzlu tədbirini uğurla həyata keçirib.

Aztibb.az xəbər verir ki, "Daxili xəstəliklər və Rəqəmsal Səhiyyə" mövzusuna həsr olunmuş bu yüksək səviyyəli konfrans Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası (UKDHC) ilə strateji tərəfdaşlıq çərçivəsində təşkil edilib.

UKDHC səhiyyə sistemində rəqəmsal transformasiyanı, innovativ texnologiyaların tətbiqini və rəqəmsal səhiyyə strategiyalarının inkişafını dəstəkləyən nüfuzlu bir qurumdur.


Tədbirin ən əlamətdar məqamlarından biri Krallıq Həkimlər Kollecinin Prezidenti Dr. Mümtaz Patel-in konfransda iştirakı olub. Dr. Mümtaz Patel öz çıxışında bu platformanın səhiyyə sahəsində innovasiyaların tətbiqi və klinik təcrübələrin mübadiləsi baxımından müstəsna əhəmiyyətini vurğulayıb.

Konfransın təşkilatçılıq prosesi strateji tərəfdaşlıq formatında həyata keçirilib. UKDHC-ni təmsil edən Dr. Süheyl Cuqtai və AABP-nin təsisçisi və sədri, uşaq cərrahı Dr. İlhamə Cəfərli layihənin rəhbərləri və əsas tərəfdaşları kimi çıxış edərək, səhiyyə sahəsində müasir dövrün çağırışlarına cavab verən və gələcəyin tibbi mənzərəsini formalaşdıran bu qlobal əhəmiyyətli təşəbbüsə imza atıblar.

Tədbirdə AABP-nin fəal üzvləri – Dr. Lamiyə Baxşəliyeva və Dr. Sevinc Kərimova da iştirak edərək, mövzularla bağlı öz fikirlərini bildiriblər.

AABP və UKDHC-nin birgə fəaliyyəti gələcəkdə beynəlxalq səhiyyə ekosistemində Azərbaycanın tibb elminin layiqli təmsil olunmasına və innovativ həllərin səhiyyə sisteminə inteqrasiyasına mühüm töhfələr verəcəkdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır