Ebola virusuna qarşı ilk klinik müalicə sınaqlarına başlanılıb
03.07.2026 16:33

Qlobal səhiyyə sahəsində mühüm əhəmiyyət daşıyan yeni hadisə qeydə alınıb. Konqo Demokratik Respublikasında Bundibuqyo ştamı ilə törədilən Ebola virusu xəstəliyinə qarşı ilk klinik müalicə sınaqlarına başlanılıb.

 

Aztibb.az-ın www.bbc.com-a istinadla məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental müalicə proqramı çərçivəsində ilk pasiyentin klinik tədqiqata cəlb olunduğunu açıqlayıb. Məlumata əsasən, sınaqlar çərçivəsində Mapp Biopharmaceutical şirkətinin hazırladığı MBP134 antiteli, həm ayrıca, həm də "Gilead Sciences" şirkətinin antiviral preparatı remdesivir ilə birlikdə qiymətləndiriləcək. Araşdırmada 1000-dən çox pasiyentin iştirakı nəzərdə tutulur.

 

ÜST bildirir ki, hazırda Bundibuqyo ştamına qarşı təsdiqlənmiş vaksin və ya xüsusi müalicə üsulu mövcud deyil. Bu baxımdan klinik sınaqların başlanması virusla mübarizədə mühüm elmi nailiyyət və gələcək effektiv müalicə metodunun hazırlanması istiqamətində vacib addım kimi qiymətləndirilir.

 

Məlumatda qeyd olunur ki, Konqo Demokratik Respublikasında son iki həftə ərzində gündə orta hesabla 38 yeni yoluxma halı qeydə alınıb. Hazırkı epidemiya dövründə 1400-dən çox yoluxma və 438 ölüm faktı təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, bölgədə təhlükəsizlik problemləri və səhiyyə infrastrukturunun məhdud imkanları epidemiya ilə mübarizəni çətinləşdirən əsas amillər sırasındadır.

Beynəlxalq ekspertlərin qənaətinə görə, klinik sınaqların uğurla nəticələnməsi Ebola virusunun Bundibuqyo ştamına qarşı ilk təsdiqlənmiş müalicə vasitəsinin hazırlanmasına zəmin yarada bilər. Bu isə qlobal səhiyyə sistemində yoluxucu xəstəliklərlə mübarizə istiqamətində mühüm dönüş nöqtəsi hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev