Transsərhəd heyvan xəstəliklərinə qarşı regional əməkdaşlıq gücləndirilir  
03.07.2026 11:34
Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun (RMQ) növbəti iclası keçirilib.
 
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Türkiyə, Rusiya, İran və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, AQTA sədrinin müavini Balarəhim Quliyev çıxışında ölkəmizdə heyvan sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib. Eyni zamanda, əvvəlki illərdə qazanılmış atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliklərindən azad statusu da qorunub saxlanılır.
 
Çıxış zamanı region üçün ciddi epizootoloji risk yaradan dabaq xəstəliyi ilə mübarizə sahəsində görülən işlərə toxunulub. Bildirilib ki, Azərbaycanın Dabaq Xəstəliyi üzrə Ölkə Nəzarət Proqramı qəbul edilib və ölkə Mərhələli Nəzarət Proqramı (PCP-FMD) çərçivəsində 3-cü səviyyəyə yüksəlib.
 
Balarəhim Quliyev Azərbaycanın 2027-ci ilədək Dabaq üzrə Regional Məsləhət Qrupuna sədrlik edəcəyini bildirərək, üzv ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzvlüyü çərçivəsində transsərhəd heyvan xəstəliklərinə qarşı hazırlıq və nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev