Şirvan Şəhər Mərkəzi Xəstəxanasında osteosintez əməliyyatı uğurla icra olunub  
08.07.2026 13:32
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu cərrahi əməliyyat həyata keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, tibb müəssisəsinə müraciət edən 1954-cü il təvəllüdlü pasiyentə sol baldır sümüklərinin distal epimetafizar nahiyəsinin açıq, çoxqəlpəli yerdəyişmiş sınığı və damar-sinir dəstəsinin sıxılması diaqnozu təyin edilib.
 
Aparılan zəruri klinik və instrumental müayinələrdən sonra pasiyent üzərində sol baldır sümüklərinin qapalı repozisiyası və İlizarov aparatı ilə osteosintez əməliyyatı uğurla icra olunub.
Əməliyyat Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Şəmsi Əhmədov tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.
 
Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir. O, ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb.
 
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vətəndaşlara müasir tibbi standartlara uyğun, keyfiyyətli və peşəkar tibbi xidmətlərin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır