Oftalmoloq Elvira Məmmədova göz quruluğunun əsas səbəblərini açıqladı  
05.07.2026 15:28
Göz quruluğu və ya Quru göz sindromu göz səthini nəmləndirən göz yaşının kifayət qədər ifraz olunmaması və ya keyfiyyətinin aşağı olması nəticəsində yaranan vəziyyətdir.
 
Bu barədə Aztibb.az-a məlumat verən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Elvira Məmmədova bildirib ki, bu hal gözlərdə yanma, qıcıqlanma, göynəmə və yad cisim hissi ilə xarakterizə olunur.
 
Onun sözlərinə görə, göz quruluğu, əsasən, uzun müddət telefon, planşet və kompüter kimi elektron cihazlardan istifadə, kondisionerli və quru mühitdə qalmaq, kontakt linzalardan istifadə, yaşın artması, həmçinin bəzi xəstəliklər səbəbindən yarana bilər. Xəstəliyin əsas əlamətlərinə gözlərdə quruluq hissi, qızartı, tez yorulma, bulanıq görmə və işığa həssaslıq daxildir.
 
E.Məmmədova qeyd edib ki, müalicə üsullarına süni göz yaşı damcılarından istifadə, həyat tərzində dəyişikliklər edilməsi və zəruri hallarda dərman müalicəsi daxildir.
Vətəndaşlara tövsiyəmiz odur ki, ekran qarşısında uzun müddət fasiləsiz qalmamaq, gözləri mütəmadi dincəltmək və profilaktik məqsədlə vaxtaşırı göz müayinəsindən keçmək göz sağlamlığının qorunması baxımından vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır