Təranə Bayramova Böyük Britaniyada yüksək riskli hamiləliklərin idarə olunması üzrə qabaqcıl təcrübə ilə tanış olub
03.07.2026 09:23
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Böyük Britaniyanın Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında keçirilən beynəlxalq təkmilləşmə proqramını uğurla davam etdirir.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, təcrübə proqramının növbəti mərhələsində Təranə Bayramova vaxtından əvvəl doğuşların və hamiləliyin ikinci trimestrində baş verən risklərin qarşısının alınması üzrə fəaliyyət göstərən ixtisaslaşmış komandanın işi ilə yaxından tanış olub.
 
Bu şöbəyə vaxtından əvvəl doğuş və ikinci trimestr düşük riski olan hamilələr yönləndirilir. Şöbənin aparıcı konsultantı, mama-ginekoloq Fidan İsrafil-Bayli uşaqlıq boynu qısalmış pasiyentlərdə servikal serklaj (uşaqlıq boynuna qoruyucu tikiş) əməliyyatını həyata keçirib. Bu müasir və effektiv müdaxilə bir çox hallarda hamiləliyin təhlükəsiz şəkildə davam etməsinə, vaxtından əvvəl doğuşun qarşısının alınmasına və sağlam körpələrin dünyaya gəlməsinə imkan yaradır.
 
Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında həyata keçirilən əməkdaşlıq proqramı Azərbaycan həkimlərinin beynəlxalq təcrübə qazanmasına, elmi-klinik əlaqələrin genişlənməsinə və müasir tibbi yeniliklərin ölkəmizdə tətbiqinə xidmət edən uğurlu tərəfdaşlıq nümunələrindən biridir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır