TƏBİB: “Etimad xətti”nə etik normalar, fərdlərarası münasibətlər və iş prosesi ilə bağlı müraciətlər daxil olur
02.07.2026 15:23

Bu günədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “Etimad xətti”nə 100-ə yaxın müraciət daxil olub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

 

Bildirilib ki, TƏBİB-də fəaliyyət göstərən tibb və qeyri-tibb işçiləri qısa müddət öncə fəaliyyətə başlayan “Etimad xətti”nə müraciət edirlər. Müraciətlər gündəlik olaraq nəzərdən keçirilir və həll edilməsi üçün müvafiq addımlar atılır.

 

“Müraciətlər etik normalar, fərdlərarası münasibətlər, iş prosesi kimi məsələlərlə bağlı daxil olur. Bütün müraciətlər yalnız səlahiyyətli şəxslər tərəfindən məxfilik prinsipləri qorunmaqla nəzərdən keçirilir və qiymətləndirilir. Müraciət edən əməkdaşların hüquqlarının qorunması, müraciətlərə qərəzsiz yanaşılması və ədalət prinsipinin təmin edilməsi bu prosesin əsas prioritetlərindəndir”, - deyə məlumatda vurğulanıb.

 

Xatırladılıb ki, peşəkar münasibətlərin, qarşılıqlı etimadın gücləndirilməsi və iş mühitində təhlükəsizliyin artırılması məqsədilə TƏBİB-in rəsmi saytında “Etimad xətti” bölməsi fəaliyyətə başlayıb. Bu bölmə vasitəsilə əməkdaşlar iş mühiti, peşəkar münasibətlər, etik davranış və ümumilikdə xidmət keyfiyyətinə mane olan bütün məsələlərlə bağlı fikir və narahatlıqlarını anonim şəkildə bölüşə bilirlər.

 

“Qarşılıqlı hörmət və etimada əsaslanan, hər kəsin özünü dəyərli hiss etdiyi iş mühitinin formalaşmasında hər bir əməkdaşın fikri önəmlidir. “Etimad xətti” də məhz bu məqsədlə - TƏBİB-in əməkdaşlarının rəyini və səsini eşitmək, eləcə də onların töhfələri əsasında daha güclü təşkilati mədəniyyət qurmaq üçün yaradılıb. “Etimad xətti” daxili kommunikasiya platforması olaraq yalnız TƏBİB-in əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur. “Etimad xətti” hər bir əməkdaşın səsinin eşidildiyi, məsələlərin ədalətli şəkildə qiymətləndirildiyi və daha sağlam iş mühitinin qurulmasına xidmət edən bir platformadır. İnanırıq ki, sağlam iş mühiti hər bir əməkdaşın öz fikrini sərbəst ifadə edə bildiyi, dinlənildiyini hiss etdiyi və məsələlərə ədalət prinsipləri əsasında yanaşıldığı zaman formalaşır”, - deyə məlumatda diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır