Dünyamalılar Ailə Sağlamlıq Mərkəzinin tibb işçiləri tərəfindən ev ziyarətləri davam etdirilir  
02.07.2026 15:58
Beyləqan RMX-nın Dünyamalılar Ailə Sağlamlıq Mərkəzinin tibb işçiləri tərəfindən əhali arasında mütəmadi olaraq ev ziyarətləri həyata keçirilir.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, ev ziyarətlərinin əsas məqsədi tibbi xidmətə ehtiyacı olan və müxtəlif səbəblərdən tibb müəssisəsinə müraciət etməkdə çətinlik çəkən şəxslərin sağlamlıq vəziyyətinin yerində qiymətləndirilməsi və onlara vaxtında tibbi dəstəyin göstərilməsidir.
 
Ziyarətlər zamanı vətəndaşların ümumi sağlamlıq göstəriciləri nəzarətdə saxlanılır, zəruri hallarda ilkin tibbi yardım göstərilir, müalicə və qulluq prosesinə dair tövsiyələr verilir. Eyni zamanda pasiyentlər və ailə üzvləri sağlam həyat tərzi, xəstəliklərin profilaktikası və mütəmadi tibbi nəzarətin əhəmiyyəti barədə maarifləndirilirlər.
 
Xüsusilə yaşlı, hərəkət məhdudiyyəti olan və davamlı tibbi müşahidəyə ehtiyacı olan şəxslərə göstərilən bu xidmət onların sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev