Çirkli hava bəzi demensiya növlərinin riskini 4 dəfəyədək artırır
02.07.2026 11:30

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, havada bərk hissəciklərin (PM) və azot dioksidin (NO₂) konsentrasiyasının cüzi artması belə Levi cisimcikli demensiya və Parkinson xəstəliyi ilə əlaqəli demensiya riskini əhəmiyyətli dərəcədə yüksəldir.

 

Aztibb.az "JAMA Network Open" jurnalında dərc olunan araşdırmanın nəticələrinə diqqət çəkib.

 

Tədqiqat çərçivəsində 2001–2021-ci illər ərzində Danimarkada yaşayan, yaşı 65–95 arasında olan təxminən 2,1 milyon insanın tibbi məlumatları təhlil edilib. Bu müddət ərzində təxminən 3 min nəfərdə Levi cisimcikli demensiya, 3 800 nəfərdə isə Parkinson xəstəliyi ilə əlaqəli demensiya diaqnozu qoyulub. Araşdırmanın əsas şərtlərindən biri iştirakçıların uzun müddət eyni ünvanda yaşamaları olub ki, bu da hər bir şəxsin çirkli havaya məruz qalma səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan verib.

 

Təhlilin nəticələrinə görə, havada bərk hissəciklərin səviyyəsi artdıqca Levi cisimcikli demensiyanın inkişaf riski təxminən dörd dəfə, Parkinson xəstəliyi ilə əlaqəli demensiyanın riski isə iki dəfədən çox yüksəlir. Azot dioksidin təsiri nisbətən zəif olsa da, onun yüksək konsentrasiyası da Levi cisimcikli demensiyanın yaranma ehtimalını təxminən iki dəfə artırır.

 

Alimlərin qənaətinə görə, hava çirkləndiriciləri beyində iltihabi prosesləri gücləndirir. Mikroskopik ölçüyə malik bərk hissəciklər və azot dioksidi tənəffüs zamanı qan dövranına daxil olur, daha sonra qan-beyin baryerini keçərək sinir toxumasına təsir göstərir. Bu çirkləndiricilərin əsas mənbələri avtomobillər, dəniz və çay nəqliyyatı, eləcə də müxtəlif yanacaq növlərinin yandırılmasıdır.

 

Havanın çirklənməsinin azaldılması təkcə tənəffüs və ürək-damar xəstəliklərinin deyil, həm də neyrodegenerativ xəstəliklərin profilaktikasında mühüm rol oynaya bilər. Xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslərə havanın çirklənmə səviyyəsinin yüksək olduğu günlərdə açıq havada uzun müddət qalmamaq, imkan daxilində qoruyucu maskalardan istifadə etmək və yaşayış mühitində havanın keyfiyyətinə diqqət yetirmək tövsiyə olunur.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu