Səhiyyə naziri BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi ilə görüşüb
02.07.2026 09:08

Səhiyyə Nazirliyində ölkəmizdə səfərdə olan BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Jan Todtun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası, qəzalar nəticəsində zərərçəkənlərə göstərilən təcili tibbi yardımın təkmilləşdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizdə əhalinin sağlamlığının qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan şəxslərə vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

 

Nazir qeyd edib ki, yol təhlükəsizliyi yalnız nəqliyyat sahəsini deyil, həm də ictimai səhiyyə məsələlərini əhatə edən mühüm istiqamətlərdən biridir. Bu baxımdan beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

 

BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Jan Todt Azərbaycanda yol təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və bu istiqamətdə əldə olunan nailiyyətləri vurğulayıb. O, BMT-nin yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların həyat və sağlamlığının qorunması məqsədilə üzv dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

 

Görüş zamanı yol təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, təcili tibbi yardım sisteminin inkişafı, aidiyyəti qurumlar arasında koordinasiyanın artırılması və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır