Klinik psixoloq: Skandinaviya yerişi psixi sağlamlığın qorunmasına kömək edir
02.07.2026 08:27

Tanınmış klinik psixoloq Darya Salnikova bildirib ki, Skandinaviya yerişi təkcə fiziki sağlamlıq üçün deyil, həm də psixi sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, həkim  Skandinaviya yerişinin və ümumilikdə müntəzəm fiziki aktivliyin əsas faydasının yalnız əzələləri möhkəmləndirməsi ilə məhdudlaşmadığını bildirib. Bu fəaliyyət beyin və hormonal sistemin fəaliyyətinə də müsbət təsir göstərir.

 

Psixoloqun sözlərinə görə, fiziki yüklənmə əzələlərin fəaliyyətini və qan dövranını aktivləşdirir, hormonal sistem isə psixi sağlamlığın əsas dayağı hesab olunur. O vurğulayıb ki, insanlar əksər hallarda pis əhval-ruhiyyəni düşüncələri ilə əlaqələndirsələr də, bunun səbəbi çox vaxt orqanizmdə baş verən biokimyəvi proseslər olur.

 

Darya Salnikova izah edib ki, oturaq həyat tərzi və smartfonlardan uzun müddət istifadə motivasiya və həzz hormonu olan dopaminin səviyyəsinin azalmasına, eyni zamanda stress hormonu kortizolun səviyyəsinin yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə, orta intensivlikdə, lakin müntəzəm fiziki aktivlik hormonal tarazlığın bərpasına kömək edir. Skandinaviya yerişi isə açıq havada aerob yükü qolların aktiv işi ilə birləşdirərək qan dövranını yaxşılaşdırır, endorfin və serotonin hormonlarının ifrazını stimullaşdırır.

 

Mütəxəssis xüsusilə məşqlərin müntəzəmliyinin vacibliyini vurğulayıb. O qeyd edib ki, həftədə bir dəfə məşq etmək müntəzəm fiziki aktivlik hesab edilə bilməz. Halbuki həftədə üç dəfə məşq etmək artıq nəzərəçarpacaq nəticələr verir. Salnikovanın fikrincə, idman həm fiziki, həm də psixi sağlamlığa müsbət təsir göstərir. Skandinaviya yerişi ani rahatlıq yaradan vasitə deyil, uzunmüddətli və yığılan təsir göstərərək orqanizmi dopamin səviyyəsinin kəskin enişlərindən qorumağa kömək edir.

 

Xatırladaq ki, may ayında fizioterapevt Pavel Meqey adi gəzinti əvəzinə Skandinaviya yerişi ilə məşğul olmağı tövsiyə etmişdi. Onun sözlərinə görə, adi yeriş zamanı əsas yük ayaq əzələlərinə və qismən gövdəyə düşdüyü halda, Skandinaviya yerişi çiyin qurşağını və belin dərin əzələlərini də aktiv şəkildə işə cəlb edir. Bu isə fiziki yükün bədən üzrə daha bərabər paylanmasını təmin edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır