İlan sancmaları zamanı nə etməli?
05.07.2026 10:55

İlan sancması yay fəslinin ən təhlükəli hadisələrindən biri hesab olunur. Statistikaya görə, hər il ölkəmizdə 120-130 ilan sancma halı olur.

 

Aztibb.az xəbər verir ki, ilan sancması zamanı sancma yerində dəri qızarır, şişkinləşir və göyərmələr əmələ gəlir. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəs almanın çətinləşməsi, zədə nahiyəsinin keyiməsi müşahidə olunur. Həkimə qədər zərərçəkənə tibbi yardım göstərilməlidir. İlk öncə zərərçəkəni sakitləşdirmək və uzadaraq rahat şərait yaradılmalıdır. Yara nahiyəsini yod məhlulu ilə dezinfeksiya etmək və həmin nahiyəyə buz qoymaq lazımdır. Əl altında olan materiallardan yara nahiyəsinə şina qoymaq məqsədəuyğundur. Eyni zamanda xörək duzu məhlulu ilə isladılan sarğı da qoyula bilər.

 

İlan sancması zamanı yara ətrafına sıxıcı sarğı qoymaq, yaranı kəsmək, yandırmaq qəti qadağandır. Xəstə ən gec 12 saat ərzində həkimə çatdırılmalıdır. Daha sonra həkim nəzarəti altında müəyyən analizlərin əsasında ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır