Alimlər depressiyanın "zəncirvari" inkişafına səbəb olan əsas simptomları müəyyən ediblər
01.07.2026 10:45

ABŞ-li psixoloqların araşdırmasına görə, yuxu pozğunluğu, kədər hissi və diqqətin cəmlənməsində çətinlik depressiyanın digər əlamətlərini tetikləyən əsas simptomlar hesab olunur.

 

Aztibb.az "British Journal of Psychology" jurnalında dərc olunan məqləyə istinadən yazır ki, tədqiqatda orta yaşı 19 olan 363 tələbə iştirak edib. Onlar 28 gün ərzində hər səhər əvvəlki gün yaşadıqları depressiya əlamətlərini qiymətləndiriblər. Təhlil göstərib ki, bir gündə yuxu problemləri, güclü kədər və ya diqqət pozğunluğu müşahidə edildikdə, növbəti gün bir neçə digər depressiya simptomunun yaranma ehtimalı artır.

 

Araşdırmaya əsasən, ən çox rast gəlinən əlamətlər kədər, yorğunluq və anhedoniya olub. Anhedoniya əvvəllər zövq verən fəaliyyətlərdən artıq həzz ala bilməmək vəziyyətidir.

 

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, anhedoniya və narahatlıq səviyyəsi yüksək olan şəxslərdə depressiya əlamətləri daha geniş spektrdə müşahidə olunur. Alimlərin fikrincə, məhz bu simptomların erkən mərhələdə hədəflənməsi müalicənin effektivliyini artırmağa kömək edə bilər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır