Palma yağı düşünüldüyü qədər təhlükəli məhsul deyil – AQTA sədri
01.07.2026 10:24

Palma yağı bazarda digər yağları sıxışdırdığı üçün “zərərlidir” mifi yaradılır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

 

Sədr bazarlarda kərə yağı adı ilə satışa çıxarılan yağlarda bitki tərkibli yağlardan, palma yağı və saxta kərə yağları ilə bağlı nəzarət tədbirlərindən də danışıb. O qeyd edib ki, palma yağı düşünüldüyü qədər təhlükəli məhsul deyil.

 

Q.Təhməzli əlavə edib ki, ölkəyə idxal olunan yağlarda keyfiyyət və kəmiyyət göstəricilərinin normadan kənara çıxması, eləcə də saxtalaşdırma hallarının aşkar edilməsi xüsusi diqqət mərkəzində saxlanılır. İdxal olunan bütün qida məhsulları kimi, yağlar da xüsusi dövlət nəzarəti altındadır. Yüksək riskli məhsullar hesab edildiyi üçün onların bütün partiyaları müvafiq yoxlamalara cəlb olunur.

 

"Palma yağı əsasən iki ölkədə – Malayziya və İndoneziyada istehsal olunur. Azərbaycana isə bu məhsul İndoneziya, Malayziya, Rusiya, Ukrayna və Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən idxal edilir. Həmin məhsulların hamısı idxal zamanı dövlət nəzarətinə cəlb olunur. Əvvəlcə palma yağı ilə bağlı bir məqama diqqətinizi çatdırmaq istərdim. Cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb. İnsanlarda belə bir fikir var ki, palma yağı digər bitki yağları ilə müqayisədə daha təhlükəlidir. Əslində isə bu, belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı yağdır. Palma yağı əsasən palma meyvəsinin lətli hissəsindən və çəyirdəyindən əldə olunur. Onun digər bitki yağlarından üstün cəhəti odur ki, xüsusilə qənnadı məhsullarının istehsalında istifadə olunan yağların qatı olması tələb edilir. Palma yağı təbii olaraq qatı yağ olduğuna görə əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır”, - deyə AQTA sədri vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır