İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür
01.07.2026 09:52

"İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi, bu istiqamətdə tibbi xidmətlərin əhatəliliyinin artırılması, tibbi xidmətlər zərfinin genişləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür".

 

Aztibb.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin növbədənkənar plenar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin qəbulundan sonra çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, 2026-2028-ci illər üzrə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur:b "Bu da öz növbəsində ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq. Səhiyyə sahəsi üzrə digər məsələ irsi və nadir uşaq xəstəliklərinin müalicəsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılmasıdır. Hazırda icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyadan keçirilməsi və uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi təmin olunur. Həmçinin, dövlət büdcəsinin vəsaiti hesabına uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına cari ildə hesabat ili ilə müqayisədə 6 faiz çox vəsait proqnozlaşdırılıb".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır