DNT analizi Finlandiyadan irqi tədqiqatlar üçün aparılmış kəllə sümüyünün sirrini açıb  
05.07.2026 09:20

Finlandiyalı alimlər XIX əsrdə irqi tədqiqatlar aparılması üçün İsveçə aparılmış insanın kəllə sümüyü ilə bağlı yeni məlumatlar əldə ediblər.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, DNT analizi qalıqların XVIII əsrin sonu – XIX əsrin əvvəllərində indiki Finlandiyanın Paltamo bələdiyyəsinin ərazisində yaşamış bir qadına məxsus olduğunu göstərib.

 

Tədqiqatçıların sözlərinə görə, bu, Kaynuu bölgəsində yaşamış və qalıqları DNT analizi vasitəsilə araşdırılan ilk məlum tarixi şəxsdir. Genetik materialın çox yaxşı qorunub saxlanılması alimlərə qadının ehtimal olunan xarici görünüşünü də müəyyən etməyə imkan verib. Onun açıq dərisi, mavi gözləri, açıq rəngli, ehtimal ki, qızılı çalara malik saçları olub. Həmçinin müəyyən edilib ki, qadın nisbətən gənc yaşlarında vəfat edib. Bununla belə, onun ölüm səbəbi hələ də məlum deyil.

 

Kəllə sümüyünün qadına məxsus olması tədqiqatçılar üçün gözlənilməz olub. Belə ki, XIX əsrdə Helsinki Universitetinin Anatomiya İnstitutuna daxil olan, daha sonra isə araşdırmalar aparılması üçün İsveçə göndərilən insan qalıqlarının əksəriyyəti xəstəxanalarda və ya həbsxanalarda vəfat etmiş kişilərə aid idi.

 

Bu kəllə sümüyü uzun sürən danışıqlardan sonra 2024-cü ildə İsveç tərəfindən Finlandiyaya qaytarılmış 82 insan kəllə sümüyündən biri olub. Həmin kəllə sümüklərinin üçdə ikisi XIX əsrdə Karolinska İnstitutunun professoru, isveçli antropoloq Qustav Retsius tərəfindən toplanmışdı. O hesab edirdi ki, baş və kəllə sümüklərinin ölçülməsi finlərin skandinavlarla eyni dərəcədə “təmiz” mənşəyə malik olmaması barədə nəzəriyyəsini təsdiqləyə bilər. Həmin dövrdə müxtəlif irqlərin nümayəndələrinin kəllə sümüklərinin proporsiyalarının fərqli olduğu barədə yanlış təsəvvür mövcud idi.

 

2024-cü ilin dekabrında qalıqlar Kayaani şəhərində yenidən dəfn olunub, lakin tədqiqatlar davam etdirilir. Alimlər qadının qidalanma xüsusiyyətlərini müəyyənləşdirməyə, həmçinin onun Paltamo bələdiyyəsinin və Kaynuu bölgəsinin müasir sakinləri ilə genetik qohumluq əlaqəsinin olub-olmadığını aydınlaşdırmağa ümid edirlər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu