Uşaq Reabilitasiya Mərkəzinə infotur təşkil edilib  
30.06.2026 23:53

QHT nümayəndələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzinə infotur təşkil edilib.

 

Aztibb.az-a Nazirlikdən bildirilib ki, vətəndaş cəmiyyəti nümayəndələri müəssisədə yaradılan şərait, əlilliyi olan uşaqlara göstərilən reabilitasiya xidmətləri, tətbiq olunan müasir müalicə və bərpa metodları ilə yaxından tanış olublar.

 

Əlilliyi olan uşaqların Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edildikləri qeyd edilib. Bu mərkəzlərə qəbul olunan hər bir uşaqla bağlı fərdi reabilitasiya proqramı əsasında onların funksional bacarıqlarının inkişafına, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə işlərin aparıldığı diqqətə çatdırılıb.

 

Əlilliyi olan uşaqların ambulator və icma əsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etmək üçün icra olunan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi barədə məlumat verilib.

 

QHT nümayəndələri reabilitasiya prosesini izləyib, mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Sonda göstərilən xidmətlər, tətbiq olunan innovativ yanaşmalar və yaradılmış şəraitlə bağlı suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır