Dünyada ən geniş yayılmış virus infeksiyalarından biri - HPV
04.07.2026 13:58
İnsan papilloma virusu (HPV) dünyada ən geniş yayılmış virus infeksiyalarından biridir. Əksər hallarda infeksiya heç bir əlamət vermədən keçir və insan virusu daşıdığını bilməyə bilər.
 
Aztibb.az xəbər verir ki, bəzi HPV tipləri öz-özünə aradan qalxsa da, yüksək riskli tiplər uzun müddət orqanizmdə qalaraq ciddi xəstəliklərə səbəb ola bilər.
 
Mümkün əlamətlər:
- əksər hallarda simptom olmur
- genital nahiyədə ziyillər
- uşaqlıq boynunda hüceyrə dəyişiklikləri (yalnız müayinə zamanı aşkar edilir)
 
Necə yoluxuruq?
- cinsi əlaqə zamanı
- dəri və selikli qişaların yaxın təması ilə
 
Nələrə diqqət edilməlidir?
- HPV infeksiyası uzun müddət gizli qala bilər.
- Simptomların olmaması virusun olmadığı anlamına gəlmir.
- Müntəzəm ginekoloji müayinələr və skrininq erkən diaqnostikada mühüm rol oynayır.
 
Profilaktika:
- HPV əleyhinə peyvənd
- qoruyucu vasitələrdən istifadə
- müntəzəm ginekoloji müayinələr
- PAP-test və həkim tövsiyəsinə əsasən HPV testi
 
Müalicə:
HPV infeksiyasının idarə olunması və müalicə taktikası həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Erkən diaqnostika və müntəzəm nəzarət mümkün ağırlaşmaların qarşısının alınmasına kömək edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır