Akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümüdür  
30.06.2026 11:50

İyunun 30-da akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümüdür. 

 

Aztibb.az xəbər verir ki, Əli­yev Cə­lal Əlir­za oğ­lu 30 iyun 1928-ci il­də Nax­çı­van şə­hə­rin­də ana­dan ol­muş­dur.

 

Nax­çı­van Mü­əl­lim­lər İns­ti­tu­tu­nun Tə­bi­ət­şü­nas­lıq-coğ­ra­fi­ya fa­kül­tə­si­ni (1944), Azər­bay­can Döv­lət Uni­ver­si­te­ti­nin Bio­lo­gi­ya fa­kül­tə­si­ni (1951) fərq­lən­mə dip­lo­mu ilə bi­tir­miş­dir. 1955-ci ildə “Bit­ki fi­zio­lo­gi­ya­sı” ix­ti­sa­sında “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda biologiya elmləri üzrə na­mi­zəd­lik, 1971-ci ildə “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda biologiya elmləri üzrə doktorluq dis­ser­ta­si­ya­la­rını mü­da­fiə et­miş, pro­fes­sor (1997) el­mi adını al­mış­dır. Azər­bay­can SSR EA-nın müx­bir üz­vü (1976), hə­qi­qi üz­vü (1980), Ru­si­ya Kənd Tə­sər­rü­fa­tı EA-nın (1995), Uk­ray­na və Be­la­rus Aq­rar EA-la­rı­nın (1996) xa­rici üz­vü se­çil­miş­dir.

 

El­mi fəa­liy­yə­ti­nə 1951-ci il­də AR KTN ET Əkin­çi­lik İns­ti­tu­tun­da baş­la­yan C.Əli­yev, bu­ra­da Bit­ki fi­zio­lo­gi­ya­sı və bio­tex­no­lo­gi­ya şö­bə­si­nin mü­di­ri və­zi­fə­si­nə qə­dər yük­səl­miş­dir. O, ey­ni za­man­da 1971-ci il­də Azər­bay­can SSR EA Bo­ta­ni­ka İns­ti­tu­tun­da el­mi təd­qi­qat qru­pu ya­rat­mış, onu bö­yük kadr po­ten­sia­lı və mad­di-tex­ni­ki ba­za­sı olan şö­bə­yə qə­dər in­ki­şaf et­dir­miş və 1990-cı il­dən öm­rü­nün so­nu­na­dək Bio­lo­ji məh­sul­dar­lı­ğın fun­da­men­tal prob­lem­lə­ri şö­bə­si­nə rəh­bər­lik et­miş­dir. 2016-cı il­də bu şö­bə­­nin ba­za­sın­da Mo­le­kul­yar Bio­lo­gi­ya və Bio­tex­no­lo­gi­ya­lar İns­ti­tu­tu­ ya­ra­dıl­mışdır. C.Əli­yev 1981-1990-cı il­lər­də Azər­bay­can EA Bio­lo­gi­ya Elm­lə­ri Böl­mə­si­nin aka­de­mik-ka­ti­bi, müx­tə­lif il­lər­də AEA-nın Rə­ya­sət He­yə­ti­nin üz­vü ol­muş­dur.

C.Əli­yev ke­çən əs­rin 70-ci il­lə­rin­də Azər­bay­can­da bio­lo­gi­ya el­mi­nin ye­ni is­ti­qa­mət­­lə­ri­nin, o cüm­lə­dən mo­le­kul­yar bio­lo­gi­ya, mo­le­kul­yar ge­ne­ti­ka, gen və hü­cey­rə bio­tex­­no­lo­gi­ya­sı, ri­ya­zi bio­lo­gi­ya, kom­pü­ter bio­lo­gi­ya­sı və bi­o­in­for­ma­ti­ka­nın bü­növ­rə­si­ni qoy­muş, fun­da­men­tal təd­qi­­qat­lar­la zən­gin elmi mək­təb for­ma­laş­dır­mış­dır.

 

C.Əli­ye­vin el­mi fəa­liy­yə­ti kənd tə­sər­rü­fa­tı bit­ki­lə­ri­nin, əsa­sən buğ­da­nın fo­to­sin­te­tik məh­sul­dar­lı­ğı­nın fi­zio­lo­ji, bio­kim­yə­vi, bio­fi­zi­ki və mo­le­kul­yar-ge­ne­tik əsas­la­rı­nın öy­rə­nil­mə­si­nə həsr olun­muş, onun tərəfindən çox­say­lı yük­sək məh­sul­dar buğ­da sort­la­rı ya­ra­dıl­mış­dır. Ali­min rəh­bər­li­yi al­tın­da Azər­bay­can­da bit­ki ge­ne­tik eh­ti­­yat­la­rı üz­rə Mil­li Proq­ram ha­zır­lan­mış, Mil­li bit­ki Gen­ban­kı ya­ra­dıl­mış­dır. C.Əli­yev Azər­bay­­ca­nın “Qır­mı­zı ki­ta­bı”nın II nəş­ri­nin baş re­dak­to­ru ol­muş­dur (2013). O, 700-dən ar­tıq el­mi əsə­rin, 25 mo­noq­ra­fi­ya və ki­ta­bın, 25 pa­ten­tin mü­əl­li­fi ol­muş­dur. Ali­min el­mi rəh­bər­li­yi və məs­lə­hət­çi­li­yi ilə 85 elm­lər na­mi­zə­di və 14 elm­lər dok­to­ru ha­zır­lan­mış­dır. Bey­nəl­xalq Fo­to­sin­tez Cə­miy­yə­ti­nin tə­şəb­bü­sü və təş­ki­lat­çı­lı­ğı ilə Ba­kı şə­hə­rin­də akademik Cə­lal Əli­ye­və həsr olun­muş “Da­vam­lı in­ki­şaf na­mi­nə fo­to­sin­tez təd­qi­qat­la­rı” möv­zu­sun­da bey­nəl­xalq konf­rans­lar ke­çi­ril­miş­dir (2011, 2013).

 

C.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü, “AMEA-nın Xəbərləri” (biologiya və tibb elmləri) jurnalının baş redaktoru, “AMEA-nın Məruzələri” jurnalının redaksiya heyətinin üzvü və bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və fəxri üzvü, UNESCO-nun nəzdində 1999-cu ildə yaradılan “Bioetika, elmi biliklərin və texnologiyaların etikası” Milli Komitəsinin sədri olmuşdur.

 

Aka­de­mik C.Əli­yev Əmək­dar elm xa­di­mi fəx­ri adı­na (1983) la­yiq gö­rül­müş, “Qır­mı­zı Əmək Bay­ra­ğı” or­de­ni (1972, 1986), Azər­bay­can Res­pub­li­ka­sı­nın “İs­tiq­lal” (2003) və “Şə­rəf” (2013) or­den­lə­ri, Gür­cüs­tan Res­pub­li­ka­sı­nın “Şə­rəf” or­de­ni (2003), Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fəx­ri Dip­lo­mu (2008) ilə təl­tif olun­muş­dur. Akademik İ.Hüseynova ilə birlikdə AMEA-nın “Həsən Bəy Zərdabi” mükafatına layiq görülmüşdür (2014).

 

Dörd ça­ğı­rış (1995, 2000, 2005, 2010) Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin üz­vü ol­muş­dur.

 

Aka­de­mik C.Əli­yev 1 fev­ral 2016-cı ildə Ba­kı şə­hə­rin­də və­fat et­miş, I Fəx­ri Xi­ya­ban­da dəfn olun­muş­dur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır