Bakıda Asiya üzrə Beyin və Neyroelm Konqresi keçirilib
30.06.2026 12:22

Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi, “OMP Akademiya”nın təşkilatçılığı ilə Asiya üzrə Beyin və Neyroelm Konqresi baş tutub.

 

Aztibb.az xəbər verir ki, beynəlxalq tədbirdə London Universitet Kolleci, Hacettepe Universiteti Tibb Fakültəsi, Mərmərə Universiteti Tibb Fakültəsi, Erciyes Universiteti, “Medicana” xəstəxanası, Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti, Özbəkistan Dövlət Tibb Universiteti, Qırğızıstan Dövlət Tibb Akademiyası və Qırğızıstan Tibb Universitetini təmsil edən tanınmış akademiklər və ekspertlər iştirak ediblər.

 

Konqres çərçivəsində neyrobiologiya, mərkəzi sinir sisteminin patologiyaları, beyin zədələnmələrinin bərpası və neyroreabilitasiya kimi aktual istiqamətlər üzrə müxtəlif ölkələrin qabaqcıl klinik təcrübələri dinlənilib.

 

Elmi-praktik konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq Davamlı Tibbi Təhsil (DTT) çərçivəsində 12 DTT balı ilə qiymətləndirilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub