Təranə Bayramova Böyük Britaniyada beynəlxalq təcrübə proqramını uğurla davam etdirir
30.06.2026 10:15

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Böyük Britaniyanın Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında keçirilən beynəlxalq təkmilləşmə proqramında iştirakını davam etdirir.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Təkmilləşmə proqramının həyata keçirilməsində və təşkilati məsələlərin əlaqələndirilməsində Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının mama-ginekoloqu Dr. Fidan İsrafilbəylinin fəal dəstəyi mühüm rol oynayır. Onun təşəbbüsü və koordinasiyası sayəsində proqram çərçivəsində həkimlərin Böyük Britaniyanın qabaqcıl tibb və təhsil müəssisələrində beynəlxalq təcrübə qazanması üçün geniş imkanlar yaradılıb.

 

Təcrübə proqramının ilk günlərində Dr. Təranə Bayramova xəstəxananın doğuş, erkən hamiləlik, ginekologiya, uroginekologiya, ginekoloji onkologiya, süni mayalanma və təcili yardım şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, eləcə də müəssisənin elmi-tədqiqat mərkəzində tətbiq olunan müasir yanaşmaları öyrənib. O, müxtəlif cərrahi müdaxilələri müşahidə edərək beynəlxalq klinik protokollar, innovativ texnologiyalar, multidissiplinar əməkdaşlıq prinsipləri və pasiyent təhlükəsizliyinin təmin edilməsi istiqamətində qabaqcıl təcrübələri mənimsəyib.

 

Proqramın növbəti mərhələsi çərçivəsində Dr. Təranə Bayramova Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Birmingham Universitetinin Tibb Fakültəsini ziyarət edib. Səfər zamanı universitetin müasir tədris korpusları, innovativ tədris infrastrukturu və elmi-tədqiqat imkanları ilə yaxından tanış olub. Görüşlər zamanı tibbi təhsilin təşkili, elmi fəaliyyət və gələcək akademik əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Daha sonra universitetlə sıx əməkdaşlıq edən, Böyük Britaniyanın aparıcı çoxprofilli tibb müəssisələrindən biri olan Queen Elizabeth Hospital Birmingham xəstəxanası ziyarət edilib. Burada müxtəlif ixtisaslaşmış şöbələrin fəaliyyəti, klinik idarəetmə sistemi, pasiyentyönümlü tibbi xidmət modeli və müasir müalicə yanaşmaları haqqında ətraflı məlumat əldə olunub.

 

Səfərin ən maraqlı və əhəmiyyətli hissələrindən biri endometrioz əməliyyatlarının izlənilməsi olub. Yüksək peşəkarlıqla icra edilən bu mürəkkəb cərrahi müdaxilələr zamanı tətbiq olunan müasir cərrahi metodlar və innovativ yanaşmalar Dr. Təranə Bayramova üçün dəyərli praktik təcrübə qazandırıb. Bu beynəlxalq təcrübə proqramı mama-ginekologiya sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə, innovativ tibbi yanaşmaların ölkəmizdə tətbiqinə, həkimlərin peşəkar inkişafına, pasiyentlərə göstərilən tibbi xidmətin daha da təkmilləşdirilməsinə, eləcə də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır